Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu” ASC “Regional Təlim İnkişaf proqramı-1”


Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi Qərb zonası üzrə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub. Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında baş tutan görüşdə “Azərsu” ASC-nin məsul işçiləri, Gəncə şəhərinin ziyalıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.


   Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Gəncə şəhərində möhtəşəm  “Heydər Əliyev Mərkəzi və Park Kompleksi” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətləri ilə bağlı video çarx izləndikdən sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov açılış nitqi söyləyib.

    “Azərsu” ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov, ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov çıxış edərək bildiriblər ki,  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran kompleks tədbirlər planının, o cümlədən geniş miqyaslı layihələrin icrasında beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadəni əsas götürür. Bunları nəzərə alaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq  ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Bu prosesin davamı olaraq  “Azərsu” ASC “Regional Təlim İnkişaf proqramı-1” çərçivəsində respublikanın regionlarında, o cümlədən Cəmiyyətin tabeçiliyində olan törəmə səhmdar cəmiyyətlərdə və “Birləşmiş Sukanal” MMC-nin tabeliyində olan sukanal idarələrində müxtəlif istiqamətləri əhatə edən “Kompleks təlim proqramı”larının  icrasına start verib. Gəncə şəhərində təşkil olunan bu təlimlərdə yaradılan şəraitə görə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürlərini bildirən natiqlər “Azərsu” ASC-nin rəhbərliyi adından şəhər rəhbərliyinə hədiyyələr təqdim ediblər.

“Hazırda Qərb bölgəsini əhatə edən və mərkəz olaraq Gəncə şəhərinin seçildiyi 11 şəhər və rayon üzrə (Gəncə TSC, Ağstafa SKİ, Daşkəsən SKİ, Gədəbəy SKİ, Goranboy SKİ, Göygöl SKİ, Naftalan SKİ, Qazax SKİ, Samux SKİ, Şəmkir SKİ və Tovuz SKİ) kompleks təlimlər keçiriləcək.Ümumilikdə 1500 nəfərə yaxın işçiyə 9 istiqamət üzrə təlimlərin verilməsi nəzərdə tutulub. Bunlardan 263 nəfər işçinin Gəncə şəhərində keçiriləcək təlimlərə cəlb olunması planlaşdırılır.

   10 sentyabradək davam edəcək təlimlər interaktiv-diskussion seminar və praktiki  məşğələlər formatında həyata keçiriləcək. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər sonda “Azərsu” ASC-nin “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində təlimçilərin və iştirakçıların asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir.”- bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə çıxışında bildirib.

         Sonda xatirə şəkli çəkilib.















Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar