Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu” smart-kartlardan istifadəni asanlaşdırır


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi ilə paralel olaraq abunəçilərin smart-kartlardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir


PİA.AZ-ın məlumatına görə, “Azərsu” ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə birgə həyata keçirdiyi inteqrasiya işləri nəticəsində eManat terminallarında nağd ödənişlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi ilə bağlı müəyyən olunmuş limitlərin smart-kartlara yüklənməsi də təmin edilmişdir. Limitlərin eManat terminallarından yüklənməsi aktivləşənə qədər qaçqın və məcburi köçkün abunəçiləri smart-kartlara balans yükləmək üçün sukanal idarələrinə müraciət edirdi.

Ödənişlərin aparılması və smart kartlara balansın yüklənməsi üçün eManat ödəniş terminallarının ekranında “Azərsu” bölməsi, ardınca “smart-karta ödəniş”, daha sonra “əhali” panelləri seçilir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Limitli abonentlərdə ödəmə gününə qədər qüvvədə olan limit miqdarı qədər balans karta yüklənir. Terminallarda aparılan əməliyyatlar real zaman rejimində həyata keçirilir və smart-kartlara balans yüklənilir.

Hazırda ölkə ərazisində 1300-dən çox eManat köşkü fəaliyyət göstərir ki, bunların da 201-i regionlarda quraşdırılmışdır. eManat köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilər 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlaya bilərlər.

Smart sayğacla təmin olunmuş məcburi köçkünlərin MilliÖn köşklərində də limitlərinin yüklənməsi üçün işlər davam etdirilir. Qeyd edək ki, məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə görə hər nəfər üçün aylıq limit 5 kubmetr müəyyən edilmişdir. Məcburi köçkünlər limitdə nəzərdə tutulandan artıq su istifadə etdikdə onun dəyərini ödəməlidirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar