Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu”nun suya verdiyi 1 milyard...


Paytaxtın Binəqədi və Nərimanov rayonlarına içməli su verilişi dayandırılıb


Bu barədə virtualaz.org saytına həmin rayonların sakinləri məlumat veriblər.

Şikayətçilər deyiblər ki, apreldən başlayaraq su verilişində problemlər yaranıb: “Su gecə saat 2-dən sonra verilir. Bütün günü işdə yoruluruq, axşam isə suyun gəlişini gözləyib yatmırıq. “Azərsu” ya gecə saatlarında, ya da hər kəsin işdə olduğu müddətdə 1-2 saat su verir”.

“Azərsu” Səhmdar Cəmiyyəti isə su verilişində yaranan problemləri yaya hazırlıqla əlaqələndirir.

Cəmiyyəttin yaydığı məlumatda deyilir ki, Binəqədi  və Nərimanov ərazisinə içməli suyun verilməsində məhdudiyyətlərin olması təmir və su xəttinin şəbəkəyə qoşulması ilə bağlıdır: “Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yeni  çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Binəqədi və Nərimanovda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb”.

Qeyd edək ki, Yasamal rayonuna da 3 gün idi su verilmirdi.

Xatırladaq ki, paytaxtın fasiləsiz içməli su ilə təminatı üçün Oğuz-Qəbələ-Bakı kəməri tikilib. 1 milyard manata başa gələn ölkənin ən iri su layihəsi içməli su problemini çözə bilmədi. Boru kəmərinin istifadəyə verilməsindən 4 il keçməsinə baxmayaraq kəmər çöküb. İndi “Azərsu”nun kəmərin əsaslı təmiri üçün daha 1 milyard manata “ehtiyacı var”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar