Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azinqrup“ MMC-nin iflasın astanasında


Artıq bir müddətdir ki, "Azinqrup" MMC daxilində maliyyə böhranı hökm sürür.


İşçilərin əmək haqqını verməyən şirkətin rəhbəri Mehdi Əliyev Cahangir Hacıyevin yaxın adamlarındandır. 

"Azinqrup" MMC fəaliyyətə başladığı ilk günlərdən adı bir sıra xoşagəlməz məqamlarda hallanıb. Belə ki, uzun müddətdir ölkə ərazisində bir çox binalar, sənaye müəssisələri, neft və qaz kəmərləri, tikinti kompleksləri inşa edilməsində iştirak edən "Azinqrup" MMC kadrların seçilməsində bir sıra nöqsanlara yol verir. 

Beləliklə, adıçəkilən şirkətin baş podratçı funksiyalarının həyata keçirilməsi, neft-qaz sahəsində inşaat, magistral boru kəmərlərinin inşası, sənaye obyektləri və mühəndis kommunikasiyalarının inşası, su təchizatı, istilik, kanalizasiya sistemlərinin montajı, tikinti-montaj işlərinin əsas növlərinin həyata keçirilməsi, tikinti meydançasının hazırlanması, yer və daş işləri, beton və dəmir-beton konstruksiyalarının qurulması və montajı, bina və tikililərin daşıyıcı çəpərləmə konstruksiyalarının tikilməsi, dam örtükləri, daxili və xarici mühəndis sistemləri və avadanlıqlarının qurulması və montajı ilə bağlı xidmətlər təklif etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq bir müddətdir ki, "Azinqrup" MMC daxilində maliyyə böhranı hökm sürür: 

"Deyilənlərə görə, məhz elə bu səbəbdən də MMC rəhbərliyi işçilərin əmək haqqını verməkdə çətinlik çəkir. Daha doğrusu, müxtəlif yollarla, əsassız bəhanələrlə onların halal maaşını verməkdən boyun qaçırır. Belə ki, şirkət daxilində bir neçə şəxsin külli miqdarda vəsaiti yoxa çıxarması sonda işçilərin onların əmək haqlarının yeyilməsi ilə nəticələnib. Rəhbərlik ofisin işçilərini öz hesabına məzuniyyətə göndərmək istəyir. Maaşlar haqda isə məlumat verilmir. İşçilər məvaciblərini tələb etdikdə deyirlər ki, şirkət böhrandadır. Lakin onlara bu böhranın nədən yarandığını, nə zaman bitəcəyini, ümumiyyətlə əmək haqlarının verilib-verilməyəcəyi ilə bağlı heç nə deyilmir". 

Nəzərinizə çatdıraq ki, "Azinqrup"un işçiləri bir neçə dəfə şirkətin rəhbərliyi ilə görüşmək istəsələr də buna nail ola bilməyiblər. Məhz bu səbəbdən də onlar etiraz aksiyası keçirməyi qərarlaşdırıblar. Onu da qeyd edək ki, əmək haqqını tələb edən işçilərdən biri Cavid Hüseynov müvafiq qurumların məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb: 

"Ayrılan milyonları ciblərinə qoyublar. Ortalıqdan yoxa çıxıblar. Əziyyət bizə qalıb. Biz burada elə işləmişik ki… Hər an işdən qovulmaq təhlükəsi ilə üz-üzə qalmışıq. 5 dəqiqə işə gecikənə acımaq yox idi. Elə həmin andan işdən qovulurdu. Bizdən məsuliyyət tələb edən şirkət rəhbərliyi indi özü yüzlərlə işçinin maaşını verməməklə hüquqlarını pozur". 

"Azinqrup" MMC-də sürücü işləyən Əli Məmmədov da 6 aydır maaşını ala bilmədiyini bildirib: 

"Oğlum iflicdir. Hər həftə yazılan dava-dərmanın reseptini cibimdə gəzdirirəm. Evə getməyə, ailəmin üzünə baxmağa utanıram. Hər ay şirkətə pul gəlirdi. Deyirdilər, "maaş bu gün olacaq, sabah olacaq". 

Ancaq bir qəpik də ödəmədilər. 2 min manatdan bir az çox alacağım var". Bu arada, məlumat üçün qeyd edək ki, "Azərinşaat" MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev bu ilin əvvəlində kredit mübahisələrinə görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, bir müddət sonra isə sərbəst buraxılıb. Lakin buna baxmayaraq, şirkətin işçiləri indiyədək halal məvaciblərini ala bilmirlər. 

Məlumatlı şəxsin sözlərinə görə, əgər işçilərin əmək haqqı tez bir müddət verilməsə, o zaman "Azinqrup" MMC-nin əməkdaşları məsələ ilə bağlı etirazlarını bildirmək üçün rəsmi qaydada müvafiq qurumlara müraciət edəcək, şirkət rəhbərliyinin məsuliyyətə cəlb olunmasını xahiş edəcək, eyni zamanda davamlı aksiyalar təşkil edəcəklər: 

"Deyilənlərə görə, "Azinqrup" MMC-nin rəhbəri Mehdi Əliyev Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin yaxın adamlarındandır və adıçəkilən şirkət də əslində sabiq bank müdirinə məxsusdur. Bu isə onu deməyə əsas verir ki, "Azinqrup" MMC-nin taleyi həqiqətən də qaranlıq qalır. Çox güman ki, şirkətin fəaliyyətinə son qoyula bilər…" Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar