Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMT Azərbaycan hökumətinə yardım edəcək”


"BMT dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə yardım edəcək"


PİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İshaqzai Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuların təlim mərkəzinin açılışına həsr olunmuş tədbirdə söyləyib.
 
O, dövlət qulluqçularının peşəkarlığının təkmilləşdirilməsində təlim mərkəzinin əhəmiyyətinə toxunub: "Sirr deyil ki, Azərbaycanda dövlət qulluqçularının təlim mərkəzindən dövlət qulluğu sisteminin təkmilləşdirilməsində maraqlı olan digər region ölkələri də yararlana bilər. Ölkədə dövlət qulluqçuları üçün təlimin Avropa standartlarına uyğun gücləndirilməsi ilə əlaqədar Akademiyaya dəstək olmaq Azərbaycanda güclü dövlət qulluğu sisteminin yaradılmasına yol açacaq əhəmiyyətli bir işdir".
 
Avropa İttifaqının Azərbaycan nümayəndəliyin rəhbəri səfir Malena Mard isə bildirib ki, Avropa İttifaqı Azərbaycanda dövlət idarəçiliyi və bu sahədə bacarıqların təkmilləşməsi prosesinə yardım edir: "Avropa İttifaqının proqram və layihələri Azərbaycanın inkişafına yönəlik hədəflərə dəstəkdir".
 
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə bu mərkəzin açılışını Azərbaycanın inkişafında yeni mərhələ adlandırıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar