Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell“dən gənc proqramçı və startaplara dəstək



Bakcell gənc proqramçı və startaplara dəstək olmaq üçün Microsoft şirkəti və Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Microsoft Azərbaycan şirkəti və Yüksək Texnologiyalar Parkı (YTP) Azərbaycanda gənc proqramçı və startapların bacarıqlarının inkişaf etdirilməsi və onların fəaliyyətinə dəstək olmaq üçün birgə fəaliyyətə başlayır.

Applab layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş AppLab ofisinidə çalışır və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə edirlər. Bakcell və Qualcomm şirkətlərinin xüsusi ekspert qrupu gənc developerlərə geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərir.

Microsoft şirkəti Applab və Yüksək Texnologiyalar Parkı üzvlərinə özünün BizSpark proqramının geniş imkanlarından istifadə etmək üçün şərait yaradacaq. Applab üzvləri bu qlobal ekosistemə qoşulmaqla şirkət tərəfindən proqramçı və startaplar üçün nəzərdə tutulmuş Microsoft proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz yararlanmaq imkanı əldə edəcəklər. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.

Azərbaycanda startapları dəstəkləyən müxtəlif layihələr çərçivəsində Bakcell şirkəti YTP ilə yaxından əməkdaşlıq edib. 
Yüksək Texnologiyalar Parkı “Bakcell”lə imzaladığı Anlaşma Memorandumu çərçivəsində fikir mübadiləsi, dəstək və maarifləndirmə sahəsində, Microsoft şirkəti ilə olan Anlaşmaya görə isə Microsoft-un BizSpark Şəbəkə Proqramı,
texnoloji tədbir və proqramlar vasitəsilə texnoloji inkişafın sürətləndirməsi üçün nəzərdə tutulmuş məzmun və xidmətlər, Yüksək Texnologiyalar Parkının rezidentləri üçün mövcud Microsoft lisenziyalaşdırma proqramları üzrə müvafiq məlumatların dəstəklənməsi və Yüksək Texnologiyalar Parkının rezidentləri arasında Microsoft-un texnoloji tədbir və proqramlarının təbliği sahəsində qarşılıqlı əməkdaşlığı öz üzərinə götürur. 

Microsoft BizSpark proqramının təqdimatını etməklə həm qarşılıqlı əməkdaşlıq çərçivəsində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən layihələrə, həm də “Applab” üzvlərinə proqramdan geniş istifadə imkanı yaradır. YT Parkın Biznes İnkubasiya Mərkəzində hazırda müxtəlif profilli 38 layihə fəaliyyət göstərir, sözügedən layihələr dövlət dəstəyindən səmərəli istifadə edə və yararlana bilirlər. “PiCampus” Biznes İnkubasiya Mərkəzinə layihələrin qəbulu üçün www.picampus.az saytından qeydiyyatdan keçməklə online müraciət olunmalıdır.

AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini [email protected] ünvanına göndərməlidirlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar