İngiltərədə nəşr olunan “huffingtonpost” qəzetində möhtəşəm şou barədə məlumat dərc olunub
PİA.AZ yerli mətbuata istinadən bildirir ki, “Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şou xarici mətbuatda da öz əksini tapıb.
İngiltərədə nəşr olunan “huffingtonpost” qəzetində möhtəşəm şou barədə məlumat dərc olunub və foto-şəkil yayımlanıb.
Həmin foto şəklin altında Türkiyə “Anadolu” agentliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı, tanınmış azərbaycanlı fotoqraf Rəsul Rəhimovun imzası var.