Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Avropadan anoloji addım gözləyir”



Kalaçev: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Ermənistana yaxınlaşmaq üçün daha bir addımdır”


Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib. Onun sözlərinə görə, dünən qəbul edilmiş qətnamə Qarabağda fəallaşmaya gətirib çıxarmayacaq:
 
Avropa Parlamenti “erməni soyqırımı”nı 1987-ci ildə rəsmi olaraq tanıyıb. “Erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul edib, Avropa Şurasından bu soyqırımın Türkiyə tərəfindən tanınması üçün ona təzyiq edilməsi mövqeyindən Avropa Parlamenti hələ də əl çəkməyib. 1987-ci ilin 18 iyununda qəbul edilmiş qərar hələ Türkiyənin Avropa Birliyinə üzvlüyündə keçilməz maneə olaraq qalır. Dünən qəbul edilmiş qətnamədə yenə Türkiyənin bu soyqırımı tanımasına çağırış edilir. Əlbəttə, həmin qətnamə Ermənistana yaxınlaşmaq üçün daha bir addımdır. Lakin bu, Ermənistanı Rusiyadan qoparmağa kifayət deyil. 

Ermənistan gərək özünün təhlükəsizlik və iqtisadi inkişaf sahəsində problemlərini həll etsin. Aydın məsələdir ki, Azərbaycan Avropa Parlamentindən anoloji mövqeyi 1918-ci ildə Bakıda və digər regionlarda erməni daşnaklarının törətdiyi qırğına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən faktiki olaraq işğalına, işğal olunmuş ərazilərdə azərbaycanlıların etnik təmizlənməsinə, Xocalı faciəsinə münasibətdə görmək istəyir. Emosiyalar aydındır. Tərəflər arasında münasibətlər pozula bilər. Lakin hazırkı məsələnin Qarabağda hansısa hərəkətlənməyə səbəb olacağına inanmıram. Bunu heç bir tərəfdən gözləmirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar