Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Metropoliteni“ndən Azərbaycan idmançılarına dəstək


İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib


"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu sosial layihə çərçivəsində “Elmlər Akademiyasi”, “Nizami”, “28 May”, “Sahil”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında avqustun 5-i Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.
 
Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda, "Rio-2016" olimpiadasından sonra start götürəcək paralimpiya oyunlarında iştirak edəcək təmsilçilərimizə ölkəmizi ləyaqətlə təmsil etməsinə və Vətənə böyük qələbələrlə qayıtmalarına dəstək olmaqdır.

  
 
207 ölkənin təmsilçisinin iştirak edəcəyi XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, 175 ölkədən təmsilçinin qatılacağı XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Olimpiadada ölkəmizi 18 idman növündə 56 idmançı təmsil edəcək. Paralimpiya Oyunlarında isə 24 idmançımız çıxış edəcək.
 
Qeyd edək ki, Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində də Bakı metropoliteni Oyunlarının keçirildiyi günlərə xüsusi hazırlaşmışdı. Metropoliten sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsini təmin edən iki yenilik təqdim etmişdi. Stansiyaların sərnişin informasiya sisteminə yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlər üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahı Azərbaycan və ingilis dillərində təqdim edilmişdi.
 
Bundan əlavə, qatarlarda stansiya adları Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində səsləndirilmişdi. Oyunların keçirildiyi günlərdə stansiyalarda xarici dil biliyi olan və əvvəlcədən təlimlər keçmiş 90 könüllü çalışmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar