Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıda sərnişindaşıma ilə bağlı ciddi addımlar atılmalıdır“



Fuad Muradov: "Bakı şəhərinin sərnişindaşıma sistemində ciddi problemlər var"


Bunu Milli Məclisin iclasında deputat Fuad Muradov "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır: "Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı ciddi addımlar atılsın. Bu, insan həyatı, fəaliyyəti ilə bağlı məsələdir. Çox yaxşı olardı ki, biz gələcəkdə bu məsələnin üzərində duraq. Bakı şəhərində sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var".

Deputat İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı İTV barədə irad və çatışmazlıqlar məsələsinə də toxunub: "Biz İTV-nin Yayım Şurası olaraq hər il hesabat dərc edirik. Bu hesabatda televiziyada gedən neqativ, pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi iki televiziya var ki, onlar dövlət büdcəsindən maliyyələşir. Buna görə də onlara tələb tamamilə başqadır. Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Bu istiqamətdə islahatlar aparmaq üçün nəzarət mexanizmi gücləndirilməlidir və ictimaiyyət tərəfindən bu məsələyə münasibət bildirilməlidir".

F.Muradovun fikrincə, İctimai Televiziya modeli digər televiziyalar üçün nümunə kimi istifadə oluna bilər: "Bu gün ictimaiyyəti narahat edən məsələlər bu televiziyada öz əksini tapır. İnanıram ki, biz İctimai Televiziyanın gələcək inkişafı üzrə öz müsbət fikirlərimizi deyəcəyik". (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar