Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıda yarış turistləri cəlb etmək üçün bir üsuldur“



Arif Rəhimov: “Biz dünyaya Azərbaycan haqqında danışmaq istəyirik”


2016-cı ildə Formula 1 yarışlarının bir mərhələsi Azərbaycanda keçiriləcək –təqvimin ilkin versiyasında Bakıda şəhər trasında yürüş iyulun 17-nə təyin olunub. Monakoda Baku Grand Prix promouter şirkətinin rəhbəri Arif Rəhimov Bakı mərhələsinə hazırlıq barədə danışıb.

Oxu.Az Azərbaycanın gənclər və idman naziri oğlu Arif Rəhimovun F1News.ru-a müsahibəsini təqdim edir.

- Çarlı Uaytinq və onun komandası artıq Bakı trasının layihəsini təsdiqləyiblər?

- Bəli, bizdə razılıq əldə etmək üçün bütün zəruri sənədlər var. İndi biz yekun hazırlıqları aparırıq və tezliklə bu prosedurdan keçmək üçün bütün zəruri sənədləri göndərəcəyik. Bu, işin çox maraqlı bir hissəsidir, çünki söhbət şəhər küçələrində trasdan gedir və bəzən biz kompromis axtarmağa məcbur oluruq.

- Təqvimdə bir müddət əvvəl peyda olmuş traslar – məsələn, Əbu-Dabi və ya Soçi düzənlikdə tikilib, Bakıda isə hər şey başqa cür olacaq?

- Bəzi, bizdə bir neçə ciddi hündürlük dəyişmələri olacaq. Tras yarım kilometrədək məsafə qət edərək dağa qalmaxı, sonra isə qısa enməni nəzərdə tutur. Buna görə də, bizim trasımız o qədər də asan olmayacaq.

- Hesablamalara görə orta sürət nə qədər olacaq?

- Mən rəqəmləri dəqiqləşdirməliyəm, lakin təxminən saatda 208 km.

- Bəs uzunluq?

- 6 kilometr

- Hərəkət saat əqrəbi istiqamətindədir yoxsa əksinə?  

- Əksinə.

- Nə üçün Formula 1 Qran Prisini Azərbaycanda keçirmək qərarına gəldilər?

- Səbəblər çoxdur. Əvvəla, bu, ölkə üçün yaxşı reklamdır, çünki Formula 1 yarışlarının qlobal auditoriyası var. İkincisi, bir çox ölkələr kimi biz də dünyaya Azərbaycan haqqında danışmaq, turistləri cəlb etmək istəyirik. Biz istəyirik ki, insanlar ölkəmizin səyahət üçün əla yer olduğunu öyrənsinlər. Bu yarışı keçirməyimiz üçün iki əsas səbəbdir.

- Hansı vaxtı yarışın keçirilməsi üçün ideal hesab edirsiniz?

- Biz bu Qran Prini yayda keçirməyi çox istəyirik. İyulda havanın orta temperaturu +25C-dən +30C-dək dəyişir. İyun, iyul – yarışların keçirilməsi üçün yalnız havaya görə yox, həm də yol şərait ilə əlaqədar ideal vaxtdır – şəhərdə trafik o qədər də gərgin olmayacaq. Bakı avtomobillərin intensiv hərəkət etdiyi kiçik şəhərdir, yol isə mərkəzdən bir qədər aralı keçir. Biz əmin olmalıyıq ki, yarışların keçirilməsi şəhərdə hərəkətə çox az təsir göstərəcək.

Biz Qran Pri günlərində hərəkətin təşkli planları üzərində işləyirik. Bu, Monakoda baş verənləri xatırladacaq – səhər trası bağlamağı, axşam isə hərəkət üçün açmağı planlaşdırırıq.

- Azərbaycanda yarışın keçirilməsi planları açıqlanarkən, neftin qiymətləri çox yüksək idi. İndi barelin qiyməti azalıb. Bu Qran Priyə hazırlıqlara təsir göstərməyib ki?

- Xeyr, heç bir təsir göstərməyib. Yarışın təşkilində təkcə hökumət deyil, həm də özəl fondlar – iş adamlarının konsorsiumları, turizm sahəsi, banklar iştirak edirlər.

- Ölkədə Bakının tezliklə Formula 1 mərhələsinə ev sahibliyi edəcəyinə necə reaksiya göstərirlər?

- Düzünü desəm, hazırkı mərhələdə ölkədə yarışların keçirilməsinə diqqət o qədər də çox deyil, biz özümüz də bu diqqəti artırmırıq, çünki insanların fikrini qarşıdakı Avropa Oyunlarından yayındırmaq istəmirik.

- Tribunalarda hansı azarkeşləri görməyi planlaşdırırsınız? Yalnız Azərbaycandan yoxsa qonşu ölkələrdən də?

- Əlbəttə, tribunalardakı azarkeşlərin çoxunun yerli əhalidən, təkcə Bakı yox, bütün Azərbaycandan olacağını gözləyirik. Dediyim kimi, Qran Prinin keçirilməsi ölkəni bütün dünyaya reklam etmək üsuludur və buna görə də, biz digər ölkələrdən qonaqları da gözləyirik, onların sayının olduqca çox olacağına ümid bəsləyirik. Biz elə maraqlı proqram təklif etmək istəyirik ki, Avropa və dünyanın digər bölgələrindən də tamaşaçılar gəlsinlər.

Siz nə qədər qonağı qəbul etməyə hazırsınız?

- Hazırda biz trası tribunalarda o qədər də çox yox – 19 500 yerin olacağını nəzərə alaraq planlaşdırırıq. Biz həmçinin ayaqüstü yerlərlə ümumi çıxış zonalarını yaratmağı planlaşdırırıq. İstənilən halda, olduqca çox tamaşaçını qəbul etməyə çalışacağıq.

- Biletlərin satışına nə zaman başlamağı planlaşdırırsınız?

- Dekabrda yarışın rəsmi tarixi təsdiqləndikdən sonra.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar