Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakinternet”in problemlərinin səbəbi məlum oldu

Son zamanlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan “Bakinternet” provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər tərəfindən müraciətlər olunur


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır:

"Abunəçilərin diqqətinə çatdırırıq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir. Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir".

Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir.

BTRİB yaranan müvəqqəti narahatlığın abunəçilərin daha keyfiyyətli xidmət almasına yönəldiyini bir daha istifadəçilərin diqqətinə çatdırır və onların istənilən sualla bağlı “155 çağrı mərkəzi”nə müraciət edə biləcəyini bildirir.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 17736 ədəd kabel-kanal quyusu mövcuddur. Artıq 7459 quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar