Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BakuBus“ MMC sürücülərə musiqi səsləndirməyi qadağan edib - Video


“İnsanların yeni bir xidmətə adaptasiya olma prosesi bir qədər çətin keçir. Komfort, təhlükəsiz xidmət, sürücü mədəniyyəti baxımından alışmadığımız bir xidmət təklif olunmasına baxmayaraq, yenə də problemlər var


Maraqlıdır ki, əvvəllər sərnişinlər avtobusların yalnız dayanacaqlarda saxlanmasını tələb edirdilər. Amma dayanacaqdan dayanacağa saxlamaq qayda şəklinə düşməyə başlayanda sərnişinlər bu qaydanın əksinə çıxmağa başladılar. Qaynar xəttə bu problemlə bağlı mütəmadi zənglər olurdu”.  Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova deyib.
 
Qonaq bildirib ki, önə çıxan problemlərdən biri də sürücülərlə bağlı idi. Onlar arasından tələblərə uyğun seçim etmək çətin idi: “Etik normalara əməl edən, sürücülük qaydalarına tam riayət edən sürücülərə üstünlük veririk. Amma etiraf etmək lazımdır ki, sürücülərin əksəriyyəti yerli əmək bazarında çalışır. Onları yeni xidmətin bütün tələblərinə uyğun şəkildə hazırlamaq bir qədər çətinlik yaradırdı. Sərnişinlərin iradları əksərən bu məqamla bağlı olurdu. Təbii ki, qurum olaraq lazımi ölçü götürürdük. Sürücülər qarşısında qoyulan əsas şərt haqsız olsa belə, sərnişinlərlə əsla aqressiv davranmamaqdır”.
 
N.Allahyarova deyib ki, hazırda avtobuslar 8 marşrut xətti üzrə hərəkət edir. Onlardan biri Heydər Əliyev adına Beynəlxalq hava Limanından 28 May metro stansiyasına doğru hərəkət edir. Avtobuslar yalnız bir dayanacaqda dayanmaqla 30 dəqiqəlik intervalla 24 saat müddətində fasiləsiz hərəkət edirlər. Bu avtobuslardan istifadə edən sərnişinlərin sayı getdikcə artır.
 
Qonaq bildirib ki, əvvəllər sürücülərin şəxsi zövqünə uyğun musiqilər səsləndirməsi normal hal idisə, aparılan islahatlar müsbət nəticə verməyə başlayıb: “Əvvəllər sürücülərin öz zövqünə görə musiqi səsləndirməsi kifayət qədər böyük problem idi. Amma "BakuBus" MMC sürücülərə musiqi səsləndirməyi qadağan edib. Bu qanunun pozulması halı ilə qarşılaşan sərnişinlər qaynar xəttə zəng vura bilərlər. Bundan əlavə, sürücülərin sərnişinlərlə ünsiyyətinin minimuma endirilməsi ilə bağlı da qayda var”.
 
Qurumun nümayəndəsi bildirib ki, sərnişinlər tərəfindən həqiqətə uyğun olmayan iradlar da səslənir. Bu halla mübarizə aparmaq üçün müəyyən tənzimləyici işlər görülüb:
“Bəzən sürücülərin sürət həddini aşması ilə bağlı şikayətlər daxil olur. Amma mümkün deyil. Çünki texniklər tərəfindən avtobuslarda sürət həddi 50 km/saat olaraq nizamlanır. Sürücü istəsə belə, sürət həddini aşa bilməz. Ümumiyyətlə, işə götürülən sürücülər çox ciddi nəzarətdə saxlanılırlar. İlk növbədə psixoloji vəziyyət nəzərə alınır. Qanunvericiliklə nəzərdə tutulan qaydada sağlamlıq durumu haqqında müəyyən arayışlar da tələb olunur. Hər səhər həkimlə tərəfindən ümumi müayinə aparılır. İşə götürülərkən keçilən təlimdən əlavə, 6 aydan bir də təlim keçirilir. Təlimçilər Avstriyadan cəlb olunublar. Yeniliklərdən biri də budur ki, xanım sürücüləri də cəlb etmək istəyirik. Hazırda çalışan sürücülərin yaş həddi qanunvericiliyə uyğundur. Sürücülərin əksəriyyəti gənclərdir. Bu da sağlamlıq və psixoloji durumun daha stabil olması ilə əlaqədardır. Həm də gənclər yeni sistemə daha tez uyğunlaşırlar”.
 
Nuridə Allahyarova avtobuslarda WI-FI problemi ilə bağlı görülən işlərdən də danışıb:
“Sistem quraşdırılıb, lakin işlək vəziyyətdə deyil. Qeyd etmək lazımdır ki, bu sistemin işə düşməsi üçün tender elan olunur. İştirakçı şirkətlərin xidmətləri araşdırılır. Əksər məkanlarda WI-FI xidməti var, amma istifadəçilər çox zaman müəyyən texniki problemlərlə qarşılaşırlar. Bu halın yaşanmaması üçün daha mükəmməl xidmət təklif edən şirkət axtarışındayıq. 2016-cı ilin I rübündə bu problemin həllini tapacağını düşünürük”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar