İspaniya və İtaliyanın bir neçə media orqanı Dani Alveşin "Juventus"a keçəcəyini yazır
Goal.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, transferin artıq həll olunduğu deyilir. Braziliyalı müdafiəçi Turin klubuyla 2-3 il üçün nəzərdə tutulmuş müqavilə imzalayacaq.
Onun illik məvacibi 5 milyon avro təşkil edəcək. Alveş "Juventus"a azad agent kimi keçəcək. "Sambaçı" katalonlarla müqaviləsini birtərəfli qaydada pozmaq hüququna malikdir. Turin təmsilçisi, həmçinin Xavyer Maskerano ilə maraqlanır.
pia.az