Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baş ağrısı 40-a yaxın xəstəliyin simptomu ola bilər”


“Başım ağrıyır deyib, aptekdən baş ağrısı dərmanı alıb, həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil”


 “Son günlər havanın dəyişkən olması ilə əlaqədar ən çox müraciətlər baş ağrıları ilə əlaqədardır. Nevropatoloqlara xəstə müraciətinin 70 faizi məhz bununla bağlıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitenin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova deyib.

Onun sözlərinə görə, baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər: “Başım ağrıyır deyib, aptekdən baş ağrısı dərmanı alıb, həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. Həkim müayinəsi mütləqdir. Əgər həftədə iki dəfə baş ağrıyırsa, nevropatoloqa müraciət etmək lazımdır. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan baş ağrıları var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılar olur. Bu halda əsasən baş səhərlər ağrıyır və adətən, ürəkbulanma, qusma müşahidə olunur".

Y.Rəşidova bildirib ki, damar mənşəli baş ağrıları var və əhali arasında çox yayılmış miqren xəstəliyinin əlamətidir: "Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və bu tip insanlar işıqdan, ani səsdən narahat olurlar. Miqrendən əziyyət çəkən insanlarda da qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar olur. Bundan başqa, xəstədə boyun yırtığı, osteoxondroz olanda da baş ağrıyır. Baş ağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də tövsiyyə edirəm ki, baş ağrı zamanı mütləq həkimə müraciət edin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar