Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Başsağlığı qadağası”na münasibət


Bəxtiyar Sadıqov: “Dünya qəzetlərindən xəbəri olmayanlar insanları çaşdıra bilər”; Arif Əliyev: “Bu, sivil dünyada bir mədəni və əxlaqi kateqoriyadır”


“Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu “Yeni Müsavat”a müsahibəsində dövlət qəzetlərinin başsağlığı siyasətindən danışıb. A.Həsənoğlu deyib ki, dövlət qəzetləri bu məsələdə olduqca əcaib bir mənzərə yaradırlar: “Kiminsə qayınanası, qaynı və ya baldızı dünyasını dəyişib.

Və dərhal eybəcər bir yarış başlayır, başsağlıqları durmadan axır və bu proses məhrumun qırxı çıxana qədər davam edir. Düzdür, qəzetləri bu yerdə heç cür ittiham etmək olmaz, onları başa düşmək asandır, redaksiya sifariş qəbul edir və bundan müəyyən məbləğdə qazanc əldə olunur”.

A.Həsənoğlunun sözlərinə görə, bu siyasi israfçılığın əsasında az qala dövlət qəzetlərini işğal edən başsağlığı elanlarının böyük payı var. Eks-baş redaktor bu səbəbdən də hesab edir ki, redaksiyalara bu  məzmunlu müraciətlərdən gələn vəsaiti   kompensasiya etmək şərtilə başsağlığı kampaniyası dövlət nəşrlərindən yığışdırılmalıdır: “Çünki mən bilən, indi heç yerdə   belə ənənə yoxdur. Sadəcə olaraq, qəzetlərdə elan verilə bilər ki, filankəs rəhmətə gedib, mərhumun dəfni hansı məkanda və nə vaxt olacaq. Elə bununla da kifayətlənmək lazımdır. Digər tərəfdən, bu cür başsağlığı vermək praktikası yas məclislərinin siyasiləşməsi üçün münbit mühit  yaradır”.

Azərbaycan” qəzetinin redaktoru  bildirdi ki, son dövrlər yas mərasimlərində israfçılıqla bağlı müzakirələr gedir. Çox maraqlı təkliflərin səsləndiyini xatırladan baş redaktorun sözlərinə görə, 95-99 faiz insanlar yasda ziyafət süfrələrinə bənzər süfrələrin açılmasının əleyhinədir: “Mən də bu qəbildən insanam. Başsağlığına gəlincə, bununla bağlı müəyyən mövqelərlə rastlaşırıq. Amma ortada dünya təcrübəsi var. Dünya qəzetlərindən xəbəri olmayanlar insanları çaşdıra bilir. Türkiyədə dünyasını dəyişən insanlarla bağlı başsağlığını şəkillə, yarım səhifə, bir səhifə həcmində verirlər. Bu, dünyada qəbul edilmiş təcrübədir. Kimsə nədənsə xəbərsizdirsə, Azərbaycan ictimaiyyətində fikir formalaşdırmağa çalışmasın. Başsağlığının funksiyası var. İnsanlar öz dost-tanışlarının, doğmaların ölümü ilə bağlı xəbərdar edirlər: mərhumun cənazəsi filan tarixdə, filan ünvandan götürüləcək”.

B.Sadıqovun dediyinə görə, başsağlığı sayəsində müəyyən insanlar yaxınlarına üz vermiş kədər münasibətilə dərdini bölüşür. Uzaqda yaşayan insanlar hüzrə gedə bilməyəndə başsağlığı verməklə mənəvi borcunu yerinə yetirir və dərdinə şərik olur: “Beləcə, vaxt itkisinin də qarşısı alınır. Belə olan halda burdan durub uzaq bir yerə hüzr məclisinə getmək qayğısı da aradan qalxır. Bundan başqa, qəzetlər cüzi də olsa bundan gəlir götürürlər. Başsağlığı ”bazarı" “Azərbaycan” qəzetindədir. Çox vaxt buna görə bizə qısqanclıqla yanaşırlar. İmkanlı, elitar adamlar da hüznlərini bölüşmək üçün bizi seçirlər. Kiminsə başsağlığından xoşu gəlməyə bilər. Bununla bağlı kimsə ölümündən öncə vəsiyyətini yaza bilər. Notariusdan təsdiqlənmiş surətini bizə versələr, biz onunla bağlı başsağlıqlarını yayımlamarıq". 

Sonda baş redaktor “mən istəməzdim ki, kimsə gündəmə gəlmək üçün başsağlığı məsələsindən istifadə etsin” dedi. 

Media ekspertlərinin də başsağlığı siyasəti ilə bağlı fərqli mövqeyi var. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bizim xalq özünə problem yaratmağı xoşlayır. Xüsusən də böyük əhəmiyyət kəsb etməyən məsələlərdə: “Axundovun çox gözəl bir sözü var ki, dirilərin ölülərin əziyyətindən necə qurtarmasının ölülərə dəxli yoxdur. Hamının həyatında itkilər olub. Amma az adam tanıyıram ki, onun başsağlığı ilə bağlı ciddi problemi olsun. Mənə elə gəlir ki, elə bir əhəmiyyət kəsb etməyən məsələ üzərində mübahisə açmaq doğru deyil”.

A.Əliyevin sözlərinə görə, başsağlığı tarixən qəzetlərdə geniş verilən, hətta bəzi baş redaktorların təbirincə, “gəlir gətirən” məsələlərdən biridir: “Amma bununla yanaşı, məmurların, yüksək vəzifəlilərin yaxınları rəhmətə gedəndə başsağlığını da yaltaqlığa çevirmək bir element kimi istifadə olunur. Azərbaycanda bunun ağını çıxarmağa cəhd var. Ümumilikdə isə qəzetlərdə başsağlığının dərc edilməsi Azərbaycan, sağ qalanlar üçün problem yaratmır. Əgər kimsə mövqeyini bildirirsə, kimsə deyirsə ki, ”ağını çıxarmayın", deməli, bunu nəzərə almaq lazımdır". 

Müsahibimiz dedi ki, hər yerdə insanların mədəniyyəti, ölçü həddi sivil məsələlərin öz həllini tapmasına kifayət edir. Hər kəsin daxili mədəniyyəti var: “Yası düşənlər də adamların başsağlığını gözləyir. Bu da məmur münasibətlərinin bir formasıdır. Amma sivil dünyada bu, mədəni və əxlaqi kateqoriyadır, nəinki qanunun qarışmalı olduğu məsələ. Başsağlıqlarından inciyən, ölüsünə-dirisinə ziyan gəldiyini düşünən çox az adam var”.(müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar