Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baxanda şoka düşdüm” – Ülkərin keçmiş əri



Döyülmə videosu ilə gündəmə gələn Ülkər İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə son olaylara münasibət bildirib


AzVision.az-a açıqlamasında A.Əhmədzadə keçmiş qayınatası, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Onun sözlərinə görə, H.İsaxanlının fikirləri həqiqətə uyğun deyil, məlum videonun yayılmasında günahsızdır:

“Boş söhbətdir. Bu xəbəri də hamıdan gec mən bilmişəm və görəndə şok keçirdim”.
A. Əhmədzadə qeyd edib ki, Ü.İsayevanın videosunu o yaymayıb: 

“Balamın anası ilə bağlı ömrümdə heç vaxt pis fikir bildirməmişəm. Bu məsələdə əli olan hər bir insan cəzasını almalıdır. Mən 4 aydır ki, Azərbaycandan köçmüşəm. Hazırda ABŞ-ın Mayami şəhərində yaşayıram. 

Mən onun-bunun gizli kamera çəkilişləri ilə məşğul olmuram.

Çox ümidvaram ki, çox hörmət etdiyim Hamlet müəllim və prokurorluq orqanları günahkarları axştar edəcəklər. İnanıram ki, bu videonu yayanlar məlum olacaq. Nə deyə bilərəm ki, Allah hamiya səbr versin”-deyə A.Əhmədzadə vurğulayıb.

Qeyd edək ki, Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızının döyülməsi ilə bağlı videonun keçmiş kürəkəni tərəfindən yayıldığını bildirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar