Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belə getsə, müharibəyə ehtiyac qalmayacaq...”


Azərbaycan baş nazirinin müavini: “Belə getsə, müharibəyə ehtiyac qalmayacaq, Ermənistan boşalacaq


“Beynəlxalq təşkilatlar nağıl danışırlar”

“Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”.
 
APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: “İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb”.
 
D. Əsgərov və Ş. Quliyevə qarşı açılan cinayət işlərini əsassız sayan Ə. Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatlar nağıl danışırlar: “Azərbaycan torpaqlarının işğalında iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdi ki, Dilqəm və Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi. Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz illərlə göstərib. Azərbaycan prezidentinin gördüyü işlər çoxlarını qıcıqlandırır, paxıllıq edirlər. Bugünkü dünya budur. Prezident neft kapitalını insan kapitalına çevirirsə, niyə paxıllıq edirlər? Başqaları nə işlə məşğuldurlar? Koalisiya, başqa şeylər yaradırlar, harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur. Azərbaycan xalqının bir inam yeri var, o da prezident İlham Əliyevdir”.
 
Ə. Həsənov ermənilərin Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmadıqlarını vurğulayıb: “Ermənistanda Sərkisyan-Köçəryan rejiminin sonu gələcək. Prezident İlham Əliyevin, xalqımızın da səbrinin də bir həddi var”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar