Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bələdiyyə seçkilərinə sən də qoşul”


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı-sən də qoşul!” adlı layihə həyata keçirir


Bu gün layihə çərçivəsində YAP Gəncə şəhər Təşkilatının Qərargahında  “dəyirmi masa” keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif  Həmzəyev,   “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, İctimai Birliyin eksperti, jurnalist  Seymur Verdizadə  , qeyri- hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.    

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, qonaqları salamlayıb. Qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla yerinə yetirilir. Ölkəmizdə olduğu kimi, qədim Gəncədə də aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var.

Gəncə şəhərində 3 bələdiyyə üzrə seçkilər keçiriləcək. Ənənəvi olaraq, bu məsul  kampaniyada da əminəm ki, Gəncə gənclərinin hər biri öz potensial qüvvə və bacarığını  orataya qoyacaq, ölkə gənclərinə örnək  fəallıq nümayiş etdirəcək.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd  2014-cü il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə yerli özünüidarəetmədə gənclərin daha çox təmsil olunması ilə bağlı maarifləndirilməsi və  bələdiyyəyə keçirilən seşkilərdə  gənclərin seçki fəallığının artırılmasıdır. Bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdir. Ölkəmizdə hər 5ildən bir yerli idarəetmə orqanları- bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın əksəriyyətini təşkil edən gənclər  heç şübhəsiz ki, yerli özünüidarəetmələrin təşkilində fəal rol almaları və fəallığı ilə seçilməlidirlər.

Çıxış edənlər- “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin eksperti,  jurnalist Seymur Verdizadə ,  YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbənin müdiri  Hüseyn Budaqov  gənclərlə bağlı qaldırılan məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilməsinin  təqdirəlayiq və vacib əhəmiyyət kəsb etdiyini, bunun mühüm bir amil kimi onların ictimai-demokratik fəallığının daha da artmasına müsbət təsir göstərəcəyini vurğulayıblar.  

Gənclərdən Elnur Həsənov, Fəqan Məmmədov, Nigar Ələsgərova, Esmira Rəcəbova və başqaları ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin inkişafına, onlara göstərilən dövlət dəstəyinə, bütün gənclərə yaradılan geniş imkanlara görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bütün seçkilərdə olduğu kimi, 23 dekabr Bələdiyyə seçkilərində də yüksək səviyyədə iştirak edəcək, doğma Vətənimizin tərəqqisi, qədim Gəncənin daha da irəli getməsi üçün əzmkarlıqla, məsuliyyətlə çalışacaqlar.

“Dəyirmi masa” maraqlı və geniş diskussiya şəraitində keçib.
  Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar