Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bələdiyyə üzvülərinin sayı azaldılmalıdır”


“Bələdiyyə üzvülərinin sayı azaldılmalı və sədrlər birbaşa xalqın iradəsi ilə seçilməlidir”


Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc qarşıdan gələn bələdiyyə seçkiləri və onların statusu ilə bağlı nəzərdə tutulan dəyişikliklərdən danışarkən deyib.
 
Zahid Orucun sözlərinə görə, Azərbaycanda artıq  15 ildir ki, tətbiq olunan  bələdiyyə institutu Qərb təcrübəsinə əsaslanır və mərkəzləşmiş hakimiyyət idarəçiliyindən çıxaraq artıq xalqın müxtəlif təmsilçiləri vasitəsilə kollegial idarə olunan bir qurum və yerli özünü idarə institutu kimi formalaşıb:
 
“Şübhəsiz ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı lazımı normativ hüquqi aktlar qəbul olunsa da, Qərbin yüzillərin sınağından keçmiş bir sisteminin Azərbaycanda eynən oturuşması o qədər də asan olmayıb. Bu, bir tərəfdən bələdiyyələrin formalaşmasında prinsip etibarilə əhali sayına uyğun seçilmiş normanın həddən artıq çoxluğu, başqa bir tərəfdən isə səlahiyyət, mülkiyyət, əmlak, xidmət sahələrində formalaşmanın olmaması ilə bağlıdır. Məhz buna görə də ilk dövrlər bələdiyyə institutları yerli icra hakimiyyəti strukturlarına çevrilməyə başladı. Öncədən ideya bundan ibarət idi ki, icra orqanlarının səlahiyyətlərinin bir çoxu bələdiyyələrə verilsin. 

Parlamentdə bələdiyyələrin sayının azaldılması ilə bağlı əsas fikir çoxluğu bir neçə il bundan qabaq belə bir qərarın qəbuluna səbəb oldu. Bunun üçün isə ilk növbədə rayon ərazilərində bələdiyyələrin səlahiyyətləri daha da dəqiqləşdirilməlidir. Bələdiyyə büdcəsinə toplanan vəsait çox minimal olduğundan, vergi mexanizmi normal qaydaya salınmalı, qurumun səlahiyyətinin daha geniş təminatına, toxunulmazlıq və müstəqilliyinə şərait yaradılmalıdır. Əks halda  qurum üzərində başqa təsirlər özünü yerli idarədən uzaqlaşdırır”.
 
Millət vəkili sözügedən qurumun fəaliyyətinin Türkiyə mexanizmi ilə  müqayisəsi məsələsinə də toxundu:
 
“Qardaş ölkədə valilik bizim icra orqanları ilə eyni funksiyanı daşısa da,   səlahiyyət baxımından fərq var. Türkiyədə bu qurum sanki parlament inistitutu kimi fəaliyyət göstərərək kifayət qədər əhali aktivliyi və böyük siyasi maraqlara səbəb olur. Hətta 26 mart seçkilərinin az qala prezidentlik uğrunda mübarizənin tərkib hissəsinə çevrilməsi bunun bariz nümunəsidir. Bələdiyyə institutları siyasiləşəldirilməsi, partiyalardan formalaşması, yaxud da hər bir bölgədən insanların həyati maraqlarına cavab verən şəxslərdən ibarət olması ilə bağlı məsələyə gəldikdə hesab edirəm ki, ilk növbədə bələdiyyə üzvlərinin sayı azaldılmalı, minimuma endirilməlidir; ikinci, sədrlər birbaşa xalqın iradəsi ilə seçilməlidir; üçüncüsü isə qurumun səlahiyyəti, şərait və imkanları, mülkiyyəti üzərində ictimai nəzarət mexanizmi tam mükəmməl formada inkişaf etdirilməlidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar