Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir”


Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində Bernar Buffenin fərdi sərgisi açılacaq


Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
 
APA-nın xəbərinə görə, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda avtoportretləri var.
 
Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. O, Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib: “Mən Buffe və onun əsərlərini bir neçə il əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum. Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir və bizə onun çox həssas ruhunun dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı enerji çox güclüdür - sadəcə rəsmlərə baxmaq məni xoşbəxt bir aləmə aparır”.
 
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 15 yanvar 2015-ci il tarixinədək davam edəcək.
 
Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam  melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. O, “Fəxri Legion”, “İncəsənət və Ədəbiyyat” ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.
 
Bernar Buffe sərgisinin anons videosunun linki:


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar