"Beşiktaş" mövsümün sonuna qədər icarəyə götürdüyü Vinsent Abubakarın xidmətlərindən məhrum ola bilər
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, "Porto" kamerunlu hücumçunu geri istəyir. "Beşiktaş"da o qədər də məhsuldar oynamayan Abubakarın rəqib müdafiəsini daim təzyiqdə saxlamaq keyfiyyəti özünü hər oyunda göstərir.
"Qara qartallar" isə hazırda Afrika Millətlər Kubokunda iştirak edən forvardın geri göndərilməməsinə çalışacaq.
pia.az