Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beşinci kolon” və nurçular...


Rusiyanın bütün beynəlxalq normaları ayaqaltı edərək Krımı ilhaq eləməsi postsovet məkanı ölkələrində, o sırada Azərbaycanda “beşinci kolon” mövzusunu da gündəmə gətirib


XXI əsrdə bir ölkənin başqa suveren ölkənin ərazisinə hərbi müdaxiləsinin qəlizliyini, üstəgəl, Qarabağ problemini nəzərə alsaq, belə bir təhlükənin ölkəmiz üçün ciddiliyi çılpaqlığı ilə ortaya çıxar.

Arayış üçün xatırladaq ki, “beşinci kolon” termini ötən əsrin 30-cu illərindən siyasi leksikona düşüb və hazırda bu termin altında geniş mənada düşmənin bütün gizli agentləri (diversantlar, sabotajçılar, casuslar, təxribatçılar, terrorçular, təsir agentləri) nəzərdə tutulur.

Ayrı sözlə, söhbət suveren bir ölkənin özünə rəqib və ya düşmən saydığı digər ölkədə, onun arxa cəbhəsində, necə deyərlər, öz içində bu dövləti və onun dayaqlarını, toplumunun öz dövlətinə və özünə inamını sarsıdan hərəkətlərdən gedir.

Bu elə hərəkətlərdir ki, ondan sonra həmin ölkənin işğalı xeyli asanlaşır, yaxud onun istiqlaliyyətindən elə bir şey qalmır. Yəni əslində “beşinci kolon”dan istifadə müasir anlamda suveren bir dövlətə qarşı mənəvi-psixoloji terror siyasətdir ki, var. Ukraynanın şərqində yaşanan olaylar bu amilin nə dərəcədə nəzərə alınmalı olduğuna şübhə yeri saxlamayıb.

Təsadüfi deyil ki, ciddi təhlilçilərin hamısı Azərbaycanı da “beşinci kolon” təhlükəsi barədə xəbərdar edib. Hərgah, ilk baxışda konkret olaraq Rusiyanın Azərbaycanda, toplumumuzda bu amildən uğurla yararlanacağı inandırıcı görünmür. Hər halda, millət-cəmiyyət olaraq qan yaddaşımızda Rusiyanın birbaşa və ya ermənilərin əli ilə yaxın dövrdə Azərbaycana qarşı törətdiyi əməllər, mart qırğınları, 20-ci il işğalı, 20 yanvar, Xocalı soyqırımı və s. təptəzə qalıb. Ancaq o da var ki, siyasətdə heç vaxt “heç vaxt” söhbəti olmur - bunu də gərək unutmayaq...                
     
Elə “Azərbaycan hakimiyyəti ”5-ci kolon"la ciddi surətdə məşğul olmalıdır" deyən sabiq dövlət müşaviri Vəfa Quluzadə də eyni narahatlıqdan çıxış etdiyi üçün dünən bu xəbərdarlığı bir daha dilə gətirib. Bəs hakimiyyət bu yöndə işləyirmi?

Söyləmək çətindir. Ümid edək ki, dövlətçiliyimizə elə də isti-soyuqluğu olmayan nurçu təriqəti ilə “mübarizəyə” sərf olunan enerji qədər “beşinci kolon” məsələsinə də diqqət ayrılır. Yeri gəlmişkən, bu “kolon”la uğurlu mübarizə üçün qardaş Türkiyənin hökuməti bizə qiymətli informasiya dəstəyi verə bilərdi.  

Hər şeyə rəğmən, düşünürük ki, sırf dini maarifləndirmə və təhsillə məşğul olan nurçulardan dövlətimizə, Azərbaycana xətər toxunmaz, nəinki marığa yatmış və altdan-altdan öz ziyanlı fəaliyyətini sürdürən “beşinci kolon”çulardan.

Ümumiyyətlə, bu zümrəyə qarşı effektli dirəniş və mübarizə üçün ətrafımızdakı, Rusiyanın hədəf götürdüyü demokratik rejimli ölkələrin hamısı karımıza gələ bilər. Qərbin, ABŞ-ın, demokratik dünyanın köməyi də təbii ki, öz yerində. Çünki söhbət hansısa ölkənin hansısa ölkəni işğal eləməsindən, Rusiyadan, ABŞ-dan, Avropa Birliyindən, NATO-dan deyil, geniş mənada dəyərlər mübarizəsindən gedir.

Bu mübarizədə çoxdandır ki, yalnız iki tərəf var - Xeyir və Şər, gerilik və tərəqqi. Azərbaycan XXI əsrin həlledici virtual savaşında öz yerini müəyyən edibsə, demək, dost-müttəfiqlərini də dəqiqləşdirməlidir. Bir də hakimiyyətə təhlükələrlə dövlətə təhlükələri ayırd eləməyin zamanı çatıb. Ki, həmin o “beşinci kolon” Azərbaycan əleyhinə qiymətli vaxt və şans əldə eləməsin.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar