Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beynəlxalq Bank işi“nə görə tutulan şirkət rəhbəri azadlıqda


“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov azadlığa buraxılıb


AzVision.az “Report”a istinadən xəbər verir ki, müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırladaq ki, bu il may ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev,"Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar