Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəzi dini kitablarda təriqətlərarası qarşıdurmanı təşviq edən fikirlər var”


“Ölkəmizdə dini nəşrlər və məmulatlar yalnız ekspert rəyi alındıqdan sonra yayıla bilər”

 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu komitə sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bir sıra dini kitablarda və nəşrlərdə təriqətlərarası qarşıdurmanı təşviq edən fikirlər öz əksini tapıb: “ Bu cür kitabların Azərbaycanda nəşrini və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür nəşrlərin yayılması məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirib çıxara bilər”. 

Komitə sədri qeyd edib ki, dünyanın əksər ölkələrində bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var. Bu, həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur.

M.Qurbanlı “İslam Həmrəyliyi İli” ilə bağlı Tədbirlər Planı üzərində işin getdiyini diqqətə çatdırıb. O qeyd edib ki, ən mühüm tədbirlərin Bakı şəhərində keçirilməsi planlaşdırılır. Daha sonra digər müsəlman ölkələrində də müxtəlif xarakterli tədbirlərin təşkili mümkündür.

Komitə sədri deyib ki, Tədbirlər Planında bütün sahələr nəzərdə tutulub. İslam həmrəyliyi yalnız dini məsələlərlə məhdudlaşmır. Burada müxtəlif istiqamətlər - iqtisadiyyat, mədəniyyət, humanitar məsələlər, beynəlxalq təşkilatlarda əməkdaşlıq, eyni zamanda, İslam ölkələri arasında, İslam təşkilatları çərçivəsində fəaliyyət, o cümlədən radikal qruplara qarşı birgə mübarizənin aparılması və s. məsələlər öz əksini tapacaq. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar