Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəzi layihələr təxirə salınıb” - Oqtay Əsədov


“Növbəti ildə də iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb"


Bunu "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. 

Spiker bildirib ki, 2016-cı ilin dövlət budücəsinin gəlir və xərclərində azalma olsa da, sosial yönümlülüyü saxlanılır: 

“Büdcə azalmsının əksər hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin azalması hesabınadır. Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 6,0 mlrd. manat həcmində transfert nəzərdə tutulur ki, bu da 2015-ci ilin müvafiq proqnozu ilə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır”.

Daha sonra çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dövlət büdcəsi layihəsi ilə barədə geniş məlumat verib
.
Qeyd edək ki, Azərbaycanın 2016-cı il dövlət büdcəsi layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə, 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb.

Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin analoji proqnozundan 2,17% çoxdur. Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 837,8 mln. manat həcmində nəzərdə tutulub ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 3,3% çoxdur. Qeyd edək ki, müdafiə xərcləri 2015-ci il üçün 1 778,5 mln. manat proqnozlaşdırılsa da, ilin sonuna 1 760 mln. manat səviyyəsində icra olunacağı gözlənilir.

2016-cı ilin dövlət və icmal büdcələrində xam neftin baza qiyməti 50 ABŞ dolları/barel, ABŞ dollarının rəsmi orta illik məzənnəsi isə 1,05 AZN/USD səviyyəsində götürülüb. Məlumat üçün bildirək ki, 2016-cı il icmal büdcəsinin gəlirləri 16,720 mlrd. manat və yaxud cari ilə nisbətən 19,3% az, xərcləri 19,907 mlrd. manat və yaxud 23,2% az nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar