Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bilik gününü sentyabrın 15-də qeyd etməyimizyanlış addımdır”


Bu gün 1 sentyabrda məktəbə gedənlərin ilk dərs günüdür


Artıq 10 ildir ki, bu tarix 15 sentyabrla əvəz edilib. Bir çoxları üçün tarixin yaddaşına gedən bu gün əksəriyyətimizin ilk dərs günüdür.
 
Bəs bu günü - 1 sentyabrı tanınmışlar necə xatırlayır?
 
Axar.az siyasətçilərin 1 sentyabr xatirələrini təqdim edir.
 
“Leyla müəlliməyə görə qaça-qaça gedirdim məktəbə”
 
 
“Birinci sinfə getdiyim məktəbin yerində indi yeni məktəb tikiblər. Yadımdadır, 1-ci sinfə gedəndə 11-cilər məni çiyninə qaldırmışdı, ilk zəngi mən çalmışdım. Daha nə bilərdilər ki, gələcəkdə deputat olacağam?! Həmin zəngi indi də məktəbimizdən asıblar mənim xətrimə. Mən 1-ci sinfə gedəndə latın, kiril əlifbalarını, ərəb dilini bilirdim.
 
Məktəbə ibtidai sinif müəlliməmi görmək üçün gedirdim. Leyla müəlliməni sevirdim deyə, qaça-qaça gedirdim məktəbə. Heç evə gəlmək istəmirdim. Zəng vurulanda uşaqlar evə qaçırdı, mən Leyla müəllimənin yanına qaçırdım. Elə istəyirdim bütün günü qalım yanında başımı sığallasın.
 
Əvvəllər hər şey gözəl idi. Bilik gününü də gözəl keçirirdik. İndi nə bilik günü qalıb, nə də bilik. Çox heyf, bu günü 15 sentyabrla əvəz etdilər. Bilmirəm, hansı ağılla ilk dərs gününü 15-nə keçirdilər”.
 
“Məktəbə sevdiyim qıza görə gedirdim”
 
Ərəstun Oruclu:
 
“7 yaşıma qədər kənddə böyüdüyümə görə 1-ci sinfə də könülsüz getmişəm. İlk dərs günüm heç yadımdan çıxmaz. Hava bir qədər yağışlı idi deyə,anam başıma toxunma papaq qoymuşdu. O papaq mənə uşaq papağı kimi görünürdü deyə, taxmaq istəmirdim. Elə bilirdim hamı mənə güləcək o papağı taxsam. Ancaq məcbur edib taxdılar başıma. Təsadüfən həmin gün evə gələndə papaq yadımdan çıxıb qaldı partamın altında. Həqiqətən yadımdan çıxmışdı. Ancaq bunu valideynlərimə heç cürə inandıra bilmədim. İlk dərs günümlə bağlı bu xatirə heç vaxt yadımdan çıxmaz. Xüsusilə 3-cü sinifdən sonra məktəb illəri mənim üçün daha da əziz olub. Yay tətillərində səbirsizliklə məktəbin başlamasınıgözləyirdim. Sinfimizdə bir qız var idi, onu görmək üçün can atırdım. Məktəbə getməyi ona görə çox istəyirdim. Hər sentyabrın 1-də məktəbə o qıza görə həvəslə gedirdim. İndi həmin xanım həyat yoldaşımdır.
 
İlk müəlliməm Validə İbrahimova olub. Sonradan bilmişəm ki, o,Elçin Hüseynbəylinin qohumudur”.
 
“Məktəbdən çıxıb ağlaya-ağlaya evə gəlmişdim”
 
 
“İlk müəlliməm Məsmə Hacıyeva olub. Həmin il elə müəlliməmizin də ilk iş günü idi. 3-cü sinfə qədər Məsmə müəllimə dərs deyib mənə. İlk dəfə məktəbə getdiyim gün, doğrusu, qətiyyən ağlamamışam, əksinə, hər şey mənə gülməli, maraqlı gəlirdi. Birinci dəfə 2 alanda ağlamışam. Qonşumuzun qızına riyaziyyatdan kömək etmişdim. Müəllimə də bunu görüb dəftərimi əlimdən alıb 2 yazdı mənə. Mən də başa sala bilmədim ki, qonşu qızıdı, necə kömək etməyə bilərəm ki. Elə ilk etirazımı da onda bildirmişəm. Məktəbdən çıxandan ağlaya-ağlaya evə gəlmişdim.
 
Məktəbin başlamasınıhəmişə səbirsizliklə ona görəgözləyirdim ki, tez gedib uşaqlara yay tətili, pioner düşərgəsində keçirdiyim günlər haqqında danışım”.
 
“Ən yaxşısı məktəbə getməməkdir”
 
 
“Mənim üçün məktəb 3-cü sinifdən başlayıb. İlk iki ilim məktəbə gedişim çox çətin olub. Anam məni iki il ərzində çox çətinliklə məktəbə aparıb. Həmin illər məktəb mənim üçün çox qorxulu, bədheybət yer kimi görünürdü. Elə bilirdim məktəb bir qaladı. Uşaqlar, onların davranışları mənə qəribə gəlirdi, uyğunlaşa bilmirdim. Mənim mövqeyim bu idi ki, ən yaxşısı məktəbə getməməkdi. Düzü, ağlamamışam, ancaq getmək istəməmişəm. Buna baxmayaraq, 3-cü sinifdən başlayaraq sinfimizin əlaçısı olmuşam. Məktəbimizin həyətində meyvə ağacları var idi.Səbirsizliklə həmin ağacların bar verməsini gözləyirdik. Ancaq oxuduğum illər ərzində kitaba çox bağlı biri olmuşam.
 
1 sentyabr bizim üçün olduqca dəyərli gün idi. Çox arzulayardım ki, indi də bilik günü məhz sentyabrın 1-i qeyd edilsin. Bilik gününü sentyabrın 15-də qeyd etməyimizi olduqca yanlış addım sayıram. Və qəribəsi də odur ki, biz oxuduğumuz illər savadlanmaq istəyənlər çox idi. Bu gün təhsil almaq üçün imkanlar daha geniş olmasına baxmayaraq, oxuyan, oxumaq istəyən çox azdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar