Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir çox strukturlar ləğv edilməlidir ki, müftəyeyənlərin sayı azalsın”


“Məmur və sahibkar münasibətlərinin məhdudlaşdırılması barədə Elektron Hökumət portalı yaradılsa da, bəzi təşkilatlar sahibkarlıq fəaliyyətinə mane olmaqda davam edirlər. Bunlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətidir”


İqtisadçı ekspert Elçin Qurbanov moderator.az-a açıqlamasında belə deyib. 

Onun fikrincə, bu dövlət xidmətinin elektron xidmətinin mövcud olmaması iş adamı-məmur münasibətlərinə mənfi təsir göstərir:

“Ölkədə məmur və sahibkarların bilavasitə ünsiyyətinin məhdudlaşdırılması, ölkə iqtisadiyyatını sarsıdan korrupsiya və rüşvətin aradan qaldırılması, şəffaflığın təminatı məqsədilə, hesabatların və yazışmaların elektronlaşdırıldığı bir dövrdə sözügedən idarə sahibkarlarla hələ də kustar qaydada bilavasitə ünsiyyətlərini davam etdirməkdədirlər. Dövlətin iqtisadi həyatında yaxından iştirak edən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər müvafiq rayon şöbələrinə, hüquqi şəxslər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər üzrə Hüquqi Şəxslərlə iş Departamentinə müvafiq dövrlərə aid elektron qaydada hesabat təqdim edirlər”.

Bəs, sahibkarlar eyni qurumun neçə struktur vahidlərinə hesabat verməlidirlər? Nə üçün məşğulluq xidmətinin rayon şöbələri mərkəzləşdirilmiş elektron hökumət portalından məlumat əldə etmədən, belə məlumatları sahibkarlardan ayrıca tələb etməlidirlər?

Elçin Qurbanova görə, sahibkarların yersiz rahatsız edilməsi onların maddi mənəvi durumuna həm mənfi göstərir, həm də dəvət olunan şəxsin səmərəli vaxtını yollarda keçirməsini, bununla da  həyat təhlükəsi risklərini artırmış olur: “Anlaşılmaz odur ki, biz iqtisadiyyatı inkişaf etdirməliyik, yoxsa havayı yeyən bürokratiyanı?  Hal-hazırda bütün əmək münasibətləri müqavilə şəklində asan imza vasitəsilə elektron qaydada rəsmiləşdirilib. Əgər hər hansı məlumat gərəkdirsə, bunu zəhmət çəkib digər strukturun məlumat bazasından əldə edə bilərlər. Hesab edirəm ki, köhnə ənənələrdən əl çəkməyin zamanı çoxdan başa çatıb. Hər kəs yaxşı bilir ki, sözügedən təşkilatın regional idarələri bir neçə il öncə rəsmən rüşvətxorluqla məşğul olurdular. Sahibkarlara yerli-yersiz cərimələr (maliyyə sanksiyaları) tətbiq etməklə həmin cərimələr hesabına xüsusi fond yaratmışdılar. Məncə, buradakı bir çox struktur vahidləri ümumiyyətlə ləğv edilməlidir. 

Havayıyeyənlərin sayı azaldılmalıdır. Sahibkarlığın inkişafına mane olan yersiz müdaxilələr tamamilə aradan qaldırılmazsa, inkişafdan bəhs etməyin heç bir mənası olmayacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən təşkilatın elektron sistemi olmadığı üçün sahibkarların müvafiq normativ sənədlərlə tanış olmaq imkanları mövcud deyil. Qüvvədə olan müvafiq qanunvericiliklə və yeni normativ hüquqi aktlarla azad tanış olmaq sahibkarların hüquqlarına, tanış olmaq imkanlarının təmin edilməsi isə dövlət xidməti orqanlarının və təşkilatlarının vəzifələrinə aid edilmişdir.

Əlbəttə ki, bu problem Dövlət Statistika Komitəsinə də aiddir. Artıq on ildən artıqdır ki, Vergilər Nazirliyi tam  elektron sistemlə fəaliyyət göstərir, qanunvericiliyə hər hansı dəyişiklik barədə məlumatlar operativ şəkildə vergi ödəyicilərinin elektron ünvanına göndərilir. Ətraflı izahat verilir. Çox təəssüflər olsun ki, sözügedən təşkilatlar bu sistemin mükəmməl qaydada tətbiqini tam şəkildə təmin edə bilmirlər. Dövlət xidməti orqanları öz vəzifələrini layiqincə və lazımınca yerinə yetirməlidir ki, bundan sonra qarşı tərəfə qanunvericiliyə əməl edilməsi barədə tələb irəli sürə bilsin. Əks təqdirdə, hüququn ümumi prinsiplərinin pozulması əlamətləri təşəkkül tapır.

Digər tərəfdən isə, elektron sistemin olmaması sahibkarlarla bilavasitə ünsiyyətin yaranmasına, xidmət orqanlarının vəzifə səlahiyyətlərindən sui istifadəsi üçün, habelə rüşvət və korrupsiya hallarının genişlənməsinə əlverişli şərait yaradır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar