Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir də baxırsan ki, səni oğurladılar...“ - Spiker

“Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda, avtobus qəzalarında olur


Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir. İndi elə sürüclər var ki, onlar avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar. 

Ona görə də qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar daha da təkmilləşdirilməlidir".

"Report" bildirir ki, bunu Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.

Komitə sədri bildirib: "Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarı ilə də həmin sürücü yol qəzalarına şərait yaratmış olur.

Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır. Xəritələri çıxararaq onlara verirlər ki, hansı yolda təmir gedəcək, bu, nə qədər davam edəcək və s. Bakıda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların bütün əsəblərini korlayır.

Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücələrə elan etmək lazımdır. "İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır.

Sürücülərin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır".

Spiker Oqtay Əsədov onun çıxışına zarafatla münasibət bildirib: "Bir də baxırsan ki, səni oğurladılar. Ümumilikdə götürdükdə isə səsləndiridiyiniz məsələlər diqqət olunası işlərdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar