Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir neçə il sonra evlənməyə qız tapılmayacaq”



Nigar Axundova: "Cinsi mənsubiyyətə görə seleksiya ilə məşğul olmaq böyük günahdır"


Oxu.Az-ın Caspian International Hospital-ın baş həkimi, tibb elmləri namizədi, akuşer-ginekoloq, protokolların yazılması üzrə işçi qrupun üzvü Nigar Axundova ilə müsahibəsi.

- Bəşəriyyətin zərif hissəsinin təhsil almasına qarşı çıxaraq qadının yerinin mətbəxdə olmasını hesab edən bir çox azərbaycanlı kişilər həyat yoldaşını həkimə gətirərkən həkimin mütləq qadın olmasını tələb edir. Bu barədə nə düşünürsüz?  

 - Bu stereotip bütün tibb sahələrində müşahidə edilir, amma hörmətli ərlər anlamırlar ki, akuşerlik və ginekologiya tibbin ən məsuliyyətli sahəsidir, və bir çox ölkələrdə bu iş məhz kişilərin çiyinlərinə düşür. Ona görə də həkimləri cinsi mənsubiyyətə görə ayırmaq absurddur. Həkimin peşəkarlığını nəzərə almaq lazımdır.

 - Selektiv abortlar bizim cəmiyyət üçün adi haldır. Amma bu fakt, əhalisi əsasən müsəlmanlardan ibarət olan digər ölkələrdə yolveriləndirmi? Axı abortlar hətta dində də  bəyənilmir...

- Təəssüflə qeyd etməliyəm ki, selektiv abortlar yalnız bizim ölkədə deyil, eləcə də MDB ölkələrində və uzaq xarici ölkələrdə geniş yayılıb. Əsasən bu Çin, Hindistan, İspaniya, Yunanıstan və bəzi müsəlman ölkələrində aktualdır. Ümumiyyətlə, cinsi mənsubiyyətə görə seleksiya ilə məşğul olmaq və Allahın işinə qarışmaq böyük günahdır.

İş müsəlmançılıqda deyil. Mənəvi dəyərlərin deqradasiyası, qadın-ana rolunun ucuzlaşdırılmasındadır. Bu, yolverilməzdir. Axı hər doğulmayan qız, onun dünyaya gətirəcəyi 2 ya 3 uşağın doğulmamasına bərabərdir. Bir neçə ildən sonra isə bu demoqrafik faciəyə yol açacaq. Daha sadə desək, bir neçə il sonra evlənməyə qız tapılmayacaq. Buradan da bizim mentalitetə yad olan homoseksualizmin və digər cinsi münasibətlərin təbliğatı problemləri yaranır.  

Çox sevindirici haldır ki, bununla hal-hazırda Səhiyyə Nazirliyi və Qadın və uşaqların hüququnun mühafizəsi üzrə Komitə çərçivəsində çoxsaylı təşkilat və komissiyalar, dini və ictimai təşkilatlar məşğul olur. USM müayinəsi zamanı əsasən də, 22-ci həftəsinə qədər uşağın cinsiyyətinin bildirilməməsinə dair müxtəlif direktivlər qəbul edilir. Televiziyada tez-tez əsasında ailə zorakılığı duran bu və ya digər problemlər müzakirə edilir.  

- Nəyə görə bizim cəmiyyətdə ailə cütlükləri, əsasən də atalar məhz varis kimi oğlan övladı istəyirlər, qıza isə ikinci dərəcəli kimi baxırlar? Selektiv abortlar da elə buradan gəlir...

- Mən hesab edirəm ki, burada həm də bizim sürükləndiyimiz müharibə də rol oynayıb. Amma qəribədir ki, hər şeydə Avropaya inteqrasiya etsək də bu məsələdə ən geridə qalmış ölkələr səviyyəsindəyik. Hər uşaq hansısa qadın tərəfindən dünyaya gəlib, amma qadın-anaya ikinci dərəcəli kimi yanaşır, bu apokalipsis deyilmi? Qız-qadın-anaya qarşı məhəbbət və hörmət əvvəlki kimi elə uşaqlıqda aşılanmalıdır. Biz matriarxatdan danışmırıq, xeyr. Biz cinsi mənsubiyyətə görə qətlə yer olmayan elementar insani dəyərlərdən danışırıq.     

- Bizim cəmiyyətdə süni mayalanmaya qınaqla yanaşırlar? Sizcə bunun səbəbi nədədir? 

- Burada iş stereotiplərdir - əgər bu süni mayalanmadırsa, demək bu özlərinin deyil, yad hüceyrə və embrionlardır, bu, kökündən səhv bir anlayışdır. EKO proqramında bir neçə mövqe var, və yalnız kişi və ya qadının cinsi hüceyrəsi olmadıqda donor hüceyrələrindən istifadə edilir. Amma bütün bunlar qanun və hüquq normaları çərçivəsində edilir. Yəni sizin razılığınız olmadan heç kim sizə donor hüceyrəsi və ya embrion köçürə bilməz.

- Bir zamanlar müasir azərbaycanlı xanımlar arasında qeysəriyyə əməliyyatı geniş yayılmışdı. Bu gün necə, vəziyyət dəyişibmi, nəyə görə bu əməliyyat belə populyarlıq qazanıb?

 - Sizə səmimi deyim ki, vəziyyət yaxşılığa doğru dəyişib. Bütün bunlar isə Prezidentin bu əməliyyatın ciddi əsası olmadan aparılması faktlarının üzə çıxarmasına dair verdiyi fərmandan sonra başladı. Vəziyyət həqiqətən də pik nöqtədə idi. Bir çox klinikalarda qadının istəyi və ya həkimin səlahiyyətində olmayan diaqnozların qoyulması müşahidə edilirdi. Amma yenə də idealdan uzağıq, belə ki, qeysəriyyə əməliyyatlarının sayı artır.

Bir çox ölkələrdə belə olub, bu təbii doğuşların aparılması hesabına qeysəriyyənin sayı azalıb. Bu artıq yaxın gələcək üçün doğuşa yardım sisteminin siyasətidir. Bununla elmi-tədqiqat institutları, Tibb Universitetinin Akuşerlik və ginekologiya  kafedrası, gözəl avadanlıq və peşəkar kadrlarla təchiz edilmiş perinatal mərkəz məşğul olacaq.

- Necə hesab edirsiniz, bizim ölkədə qohumlar arasında nikahlar niyə bu qədər populyardır? İnsanlar bilmirlər ki, yaxın qohumlar arasında nikahlar nəyə gətirib çıxara bilər?  

- Ümumiyyətlə, əgər keçən əsrdə yazılan müxtəlif roman və novellaları xatırlasaq, xalaqızı və ya əmiqızına olan məhəbbət həmişə aktual olub. Bunun kütləvi xarakter alması isə ayrı məsələdir. Ümumiyyətlə, statistika göstərir ki, belə nikahlarda o qədər də uşaqlarda genetik pozuntular çox deyil. Müəyyən patologiyaların irsən keçməsi halları istisna olmaqla. İstənilən halda əgər qohumluq varsa, bu panika üçün deyil, sadəcə genetik konsultasiya üçün səbəbdir.

- Nikaha daxil olana qədər tibbi müayinədən keçməyin labüdlüyünün cəmiyyətdə müxtəlif cür yanaşılmasını qeyd etməmək mümkün deyil. Yeni qanunun dəstəyinə baxmayaraq, bu yeniliyi qınayanlar da tapıldı. Sizcə bu reaksiyanın səbəbi nədədir?  

- Elementar nigilizm – hər şeyin səbəbsiz və dəlilsiz inkar edilməsi. Axı mahiyyətcə burada nə var ki? İnsanlar öz sağlamlıqları haqqında məlumata malik olmalıdırlar və sağlam nəslin dünyaya gəlməsi üçün məsuliyyət daşımalıdırlar. Bu isə nikahdan öncəki konsultasiyadan və müayinə olmadan mümkün deyil.

- Nigar Axundovadan Azərbaycan qadınlarına bir neçə məsləhət...

- Əziz, qadınlar! Sizə 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində hər zaman gözəl və sevimli olmağı arzu edirəm! Özünüzü sevin və hörmət edin, qadınlığınız ilə fəxr edin! Sağlam olun və unutmayın ki, millətin sağlamlığı sizin əlinizdədir!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar