Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir sevdadır Azərbaycan”...


Türkiyənin tanınmış araşdırmaçı-yazarlarından, pedaqoq Mühsin Durucanın “Bir sevdadır Azərbaycan” adlı kitabı nəşr olunub


Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə 2014-cü ilin iyun ayında republikamızda gerçəkləşdirilmiş “Qarabağdan Türk Dünyasına könül körpüsü" və "Kapadokiya Şeir Şöləni-Azərbaycan” səbəbi ilə ilk dəfə Azərbaycanda olmuş Mühsin Durucan, bu kitabını, adından da göründüyü kimi Azərbaycana səfər təəssüratları əsasında, eləcə də, Azərbaycana səfərdən daha öncələr də, ürəyində bəslədiyi qardaşlıq duyğusunun poetik ifadələri ilə süslənib... Kitabın mətn-mündəricəsi Azərbaycan sevdası, Türkiyə-Azərbaycan dostluq-qardaşlığı ilə, ümumən Türk Dünyası sevgisi ilə yoğrulub, desək düzgün olar.
 
Türkiyənin “Dahi” Nəşrlər Evində nəfis tərtibatla çıxan kitabın adını aldığı şeir kitabın arxa qapağına dizayn edilib və bu şeir təkcə adı, mövzusu ilə deyil, yazılma texnikası ilə də diqqəti cəlb edir. Şeirin misralarının baş hərflərini oxuduqda da “Bir sevdadır Azərbaycan” oxunur (son misrada yazar öz adını bildirmək və həmqafiyə olmaqçün “Səni candan sevər Mühsin Durucan” misrasını da artırıb).
 
Qeyd edək ki, Mühsin Durucanın da daxil olduğu, qardaş Türkiyənin bir qrup şair, yazıçı və ədəbiyyatşünası bu ilin may ayında, Qənirə Paşayevanın dəvəti ilə respublikamızda səfərdə olmuş, şeir şölənində, müxtəlif görüşlərdə iştirak etmiş, Bakı ilə bərabər, Sumqayıt, Gəncə və Tovuzda, Goranboyda səfərdə olmuşlar, ölkəmizin Ermənistanla ön cəbhəsində tədbirlərdə iştirak etmişlər, qaçqın və məcburi köçkünlərimizlə görüşüblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar