Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?” – Qalmaqal böyüyür


Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov ləğv edilmiş “ Bank Standard”da sabiq deputat Gülər Əhmədovanın qarşıladşığı problemlə bağlı açıqlama verib


A.Cavadov Modern.az-a deyib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

O qeyd edib ki, deyilənlər absurddur:

“Qanun var, belə şey ola bilməz. Biz hər hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Belə problem də heç kimin başına gəlməyib. Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?

Nəzərinizə çatdırım ki, “Bank Standard” da sığorta hadisəsi oktyabrın 4-də baş verib. Həmin gün məzənnə 1.6138 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə qaytarılsın.

Gülər Əhmədova özü deputat olduğu dövrdə, həmçinin Vahid Əhmədov da bu qanuna səs veriblər”.

A.Cavadov qanunu pozmağa heç kimin hüququ olmadığını vurğulayıb:
“Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında deputat Vahid Əhmədov keçmiş həmkarı Gülər Əhmədovanın problemlər qarşılaşdığını qeyd edib. O bildirib ki, G.Əhmədovaya ləğv edilmiş “Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər. Nəticədə ona 27 min ABŞ dolları yox, 16-17 min dollar təklif edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar