Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biri deyir, 8 dəfə ərə getmişəm, o biri deyir, ərimdən təzə boşanmışam” - Həftənin sitatları


İlham Şaban: “Hacı İbrahim Xəzər Adaları layihəsini yatıb yuxusunda gördü, reallaşdıra da bilmədi”


Azər Sarıyev: “O boyda rəhmətlik Dədə Qorqud "Gəlinə ayran demədim, ayrana doyran demədim..." ayıdaraq səhvlərini etiraf edir, bunlar etmir”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezident İlham Əliyev: “Hədəf əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm”.

Müdafiə naziri Zakir Həsənov:Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır”.

Şəhid Orxan Hümmətovun anası: “Oğlumun şəhid olacağını bir həftə əvvəl hiss etmişdim”.

Xalq artisti, deputat Zeynəb Xanlarova: “Mənim ürəkdən sevindiyim gün torpaqlarımızın azad olunduğu gün olacaq”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov: “Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi”.

Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu:Ermənistanın Dağlıq Qarabağda işğalı sona çatmalıdır. Bütün dünyaya elan edirik ki, Azərbaycanın əlinə batan tikan Türkiyənin ürəyinə batmış olar”.

Azərbaycan Respublikasının prezident İlham Əliyev:Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir. Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov:Azərbaycan Heydər Əliyevin qarşısıya qoyduğu əsas məqsədlərə çatıb”.

Türkiyə baş nazirinin müşaviri Toğrul Türkeş:Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində məsuliyyətimizi bilirik və lazım olanı da etməyə hazırıq. Türk xalqı yaxşı gündə olduğu kimi, pis gündə də Azərbaycan xalqının yanında olub və bundan sonra da olmağa davam edəcək”.

Azərbaycan Respublikasının prezident İlham Əliyev:Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”.

Rusiyanın Azərbaycadakı səfiri Vladimir Doroxin:Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan özləri həll etməlidir”.

Keçmiş kəşfiyyatçı Vova Vardanov: Azərbaycanın ələ keçirdiyi ərazilər böyük taktiki və operativ önəm daşıyır. Taktiki nöqteyi-nəzərdən onlar (azərbaycanlılar-red.) onlarla hərbçimizi məhv edə bilərlər”.

Jurnalist Azər Sarıyev: “O boyda rəhmətlik Dədə Qorqud "Gəlinə ayran demədim, ayrana doyran demədim..." ayıdaraq səhvlərini etiraf edir, bunlar etmir”.

YAP-nın sədr müavini, icraçı katibi, baş nazirin müavini Əli Əhmədov:Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır”.

Analitik Hüseynbala Səlimov: “Ukrayna məsələsində hər şey çox sadə oldu - hamı Rusiyaya işğalçı dedi. Amma Qarabağ münaqişəsilə ilişgili bunu etmirlər. Neçə illərdir ki, heç kim Rusiyanın bu münaqişədəki rolunu öz adı ilə adlandırmır. Təkcə bircə dəfə A.Merkel buna işarə etdi! Elə özümüz də, rəsmi Bakı da bunu etmir, çünki bir neçə səbəbdən ehtiyat edirlər. Ən əsas səbəb də odur ki, bunu demək Rusiyaya qarşı açıq demarş olardı. Bunun isə hərbi və ya siyasi nəticələrini proqnozlaşdırmaq heç elə də çətin deyi... ”

Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər:Azərbaycan öz imkanlarından istifadə edərək strateji nəqliyyat xəttlərinin Ermənistandan yan keçməsinə çalışmalıdır. Azərbaycanın infrastruktur və maliyyə imkanları, həmçinin Türkiyə və Gürcüstan tərəfindən dəstəklənməsi  bunun üçün əlverişli şərait yaradır”.

Azərbaycan Respublikasının prezident İlham Əliyev: “Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov: “Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik”.

Politoloq Eldar Namazov: “Bu şəraitdə referendum məsələsində anlaşma – sadəcə, utopiyadır və danışıqlar prosesini “bloka” alınmasına xidmət edir”.

Analitik Hüseynbala Səlimov: “Əgər təzyiqsiz məsələ həll oluna bilirdisə, niyə görə NATO Yuqoslaviyadakı münaqişəyə qarışırdı? Ümumiyyətlə, bu vaxta qədər qədər təzyiq olmadan hər hansı münaqişə həll olunubmu?”

Azərbaycan Respublikasının prezident İlham Əliyev: “Demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur”.

BDU-nun rektoru Abel Məhərrəmov: “Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov: “Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova: “Təhlükəsizlik olmadan hər hansı bir ölkədə ümumi inkişafdan, demokratiyanın, cəmiyyətin normal, ahəngdar inkişafından söhbət gedə bilməz”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Ab-hava “Xankəndini Ermənistana bağışlamalıyıq” təsirini bağışlayır”.

Jurnalist Azər Sarıyev: “Millətin uzunburun məxluqlarının eybəcər burunlarını hər yerə soxmaqları adamı lap hövslədən çıxarır”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Adam inanmır ki, Artur Rasizadə belə bir şeyə imza atıb”.

“Moody`s” beynəlxalq reytinq agentliyi:Azərbaycan xarici valyuta depozitlərinin artımı üzrə liderdir”.

ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu: “Artıq 3 aydan çoxdur ki, ölkədə iqtisadi vəziyyəti xarakterizə edən ümumiləşdirici göstərici, Ümumi Daxili Məhsul azalıb və bu davamlı olaraq baş verirsə böhrandan danışmağa əsas var”.

Xalq artisti, deputat Zeynəb Xanlarova: “Qoy bu şounu bir az yığışdırsınlar, biri deyir, 8 dəfə ərə getmişəm, o biri deyir, ərimdən təzə boşanmışam”.

Politoloq Eldar Namazov: “4 günlük müharibədən sonra görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil”.

ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu: “Elman Rüstəmov mövcud gerçəkliyi təhrif edir”.

Politoloq Ərəstun Oruclu:Eldar Mahmudovu himayə edirlər. Konkret olaraq bizdə bununla bağlı məlumatlar var. Əlindəki faktlardan qorxaraq onu himayə edirlər”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Vaxtilə Heydər Əliyevə ağır sözlər yazanlara indi ayda  50-100 min manat pul verirlər, sayt yaradıblar”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Dəniz Vağzalının yanında dörd dənə 30-40 mərtəbəli bina tikirlər. Onlar haqqında bizdə informasiya var? Gizlədilirsə, deməli, bunlar hamısı cəmiyyətin gözünə kül üfürməkdən başqa bir şey deyil. Necə ki, Hacı İbrahim Xəzər Adaları layihəsini yatıb yuxusunda gördü, reallaşdıra da bilmədi. Camaatdan nə yığdı, yığmadı, bilən olmadı. İndi o binalar müəyyən adamların gəlir mənbəyinə çevrilmək üçün sökülür. Bizdə də sabah istənilən binanı sökə bilərlər. Dram teatrının yanında o boyda “Grand Hotel” tikdilər, indi isə sökürlər”.

Politoloq Qabil Hüseynli: “Binəli Yıldırımın Türkiyənin baş naziri olmasından dolayı ciddi dəyişikliyin olacağını gözləmirəm”.

Lənkəranlı müəllim Elşən Ağayev: “Oğlum 5 nəfəri vəhhabilərə qoşduğu üçün 55 min manat pul alıb”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Azərsu” açıqlamasında onu əsas gətirdi ki, suyu Kürdən gətiririk, Oğuz-Qəbələyə xərcimiz çıxıb. Sənin Oğuz- Qəbələyə vəsaitin qoyulmuşdu? Neft Fondundan gələn pulların “Azərsu” ya nə dəxli var idi? 1 manat da olsa “Azərsu” həmin layihəyə vəsait xərcləyib? İstismar xərci də yoxdur, çünki bir dənə də olsun nasos-kompressor stansiyası yoxdur. Söhbət Kür çayından suyun Bakıya vurulmasından gedirsə, sən onun hesabatını ver. Bu suyun vurulması neçəyə başa gəlir? Cəmiyyət buna inanmır”.

Yazıçı Şərif Ağayar: “Sən kirpiyinlə od götürürsən, oxuyursan, yazırsan, baxırsan, öyrənirsən, onlar da kənardan tamaşa edib illah zəif bir yer, boş bir məqam axtarırlar. Axtarırlar ki, sənə gülsünlər, lağ eləsinlər, dalınca dedi-qodu dolandırsınlar. Həmişə belə olub. Həmişə belədir. Həmişə belə olacaq”.

Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina (North Caroline) Universitetinin professoru  Əziz Sancar: “Biz 500 ildən bəri elmlə məşğul olmadıq, həm özümüzə, həm də bəşəriyyətə borcumuz var”.

Lənkəranlı müəllim Elşən Ağayev: “Üç oğlum indiyə qədər qarşımda mayka ilə belə olmayıblar. Amma indi qanımı içməyə hazırdırlar. İki il onların düzələcəkləri ümidi ilə əməllərinə göz yumdum. Qazanıb evə gətirirdim, yeyirdilər. Məni zəhərləyə biləcəklərindən də çəkinirdim. O vaxt qızım Şirvanda ərdə idi. Orada onlar üçün torpaq almışdım. Digər qızım da Gürcüstana ərə gedib. Bu söhbətlər çıxanda maraqlandım ki, onun əri də vəhhabidir”.

Jurnalist Samir Sarı: “18 yaşlı gənclə 32 yaşlı müəllimənin nikahı böyüdüləcək bir şey deyil. Allah ikisini də xoşbəxt eləsin Yox, əgər biz bu məsələyə bu qədər önəm veririksə, onda gərək bu gənc ailənin taleyini müşahidə altına alaq, vaxtaşırı monitorinq aparaq ki, həmin ailə davam edirmi, etmirmi. Məsələn, 5 ildən sonra bu məsələyə qayıtmaq və reportaj hazırlamaq olar”.

Politoloq Şahin Cəfərli: “Türkiyə-Rusiya münasibətləri yaxşılaşsa belə, Ankaranın Moskva ilə əlaqələri heç vaxt əvvəlki səviyyədə olmayacaq”.

“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər: “Bundan sonra Türkiyənin xarici siyasətində Ərdoğanın fikirləri və mövqeyi önəmli olacaq”.

Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Destiçi: “Ərdoğan xalqın seçməsinə görə “mən xalqdan səlahiyyət aldım, buna görə bu səlahiyyətləri də mən həyata keçirməliyəm” fikirindədir. Konstitusiyaya görə, bu, belə deyil”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:Elman Rüstəmovun mətbuatdakı öncəki açıqlamalarında da demişdim ki, onları Qəddafinin taleyi gözləyir. Bundan sonra mənə qarşı məzəmmətlər oldu”.

Xalq artisti Əlibaba Məmmədov: “Seyid Şuşinski deyirdi, səs Qarabağdan gəlir, amma Bakı görməyən xanəndədən xanəndə olmaz. Muğam birdir, onun Bakı məktəbi, Qarabağ məktəbi, Şamaxı məktəbi yoxdur”.

Kino rejissor və aktyor, xalq artisti Ramiz Əzizbəyli: “Mən doqquz yaşın içində "Buratino" olmuşam və bu sənətdə ilişmişəm, daha çıxa bilməmişəm”.

Xalq artisti, deputat Zeynəb Xanlarova: ‘‘Tənqidimdən sonra hasarları bir az da uzadıblar’’.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Türkiyənin cici baş naziri Binalı Yıldırımın adını hər dəfə oxuyanda gözümün qabağına Binə qəsəbəsi, 5 mərtəbəli binalar, 160 nömrəli avtobus gəlir. Elə bilirəm ki, adam böyüyüb boya-başa çatdığı qəsəbənin adını özünə ləqəb seçən meyxanaçılarımızdan biridi”.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov: “Jurnalistlər deyirlər ki, biz səni tapa bilmirik. Mən də jurnalist tapa bilmirəm, peşəkar jurnalist çox azdır”.

Yazıçı Mirmehdi Ağaoğlu: “Əlində kukla gərdəyə girən qızlardan danışın, əli tabaşirli müəllimədən yox”.

Jurnalist Xaliq Kazımlı: “İçəridə qalan siyasi dustaqlar isə hələ çoxdur. Ya onlar hələ lazımi qədər cəza çəkib “islah olunmayıblar”, ya da onların azadlığa buraxılmasını ciddi şəkildə tələb edənlər yoxdur”.

“Yeni Çağ” qəzetinin baş redaktoru Agil Ələsgər: “Xeyli vaxtdır ki, "Kurtlar Vadisi Pusu"ya baxmırdım. Bu gün baxdım ki, Polad Alemdarın ofisində Pusat kazino açıb. Deyəsən, devalvasiya Polada da təsir edib. Bu arada fənərlilərə növbəti ilə qədər Kupanı "Yandex"lə axtaracaqları üçün keçmiş olsun...”

Kino rejissor və aktyor, xalq artisti Ramiz Əzizbəyli: “Müxtəlif yollar məni intihara aparır. Bəli, elə vaxt olur ki, ölmək istəyirəm. Amma bayaq dediyim kimi, Allah razı deyil. Deyir, hələ yaşa! ”

Jurnalist Şəfiqə Şəfa: “Elə bilirsiz "azad sevgi” hayqırışı edib, bir tərəfdən də sevginin başına torba keçirmək təkcə bizdədi?”

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar