NATO-nun baş katibi Stoltenberg, Avropa Birliyindən ayrılma qərarı alan İngiltərənin ittifaqdaki mövqeyinin dəyişməyəcəyini bildirib
PİA.AZ xəbər verir ki, NATO-nun baş katibi Jens Stoltenberg xarici mənbələrə verdiyi açıqlamada Avropa Birliyindən ayrılma qərarı alan İngiltərənin ittifaqdakı mövqeyinin dəyişməyəcəyini bildirib:
"İngilis xalqı AB-dən ayrılmağa qərar verib. Bu qərar, Birləşmiş Krallığın NATO-dakı mövqeyini dəyişməyəcək. Birləşmiş Krallıq, güclü və bağlı NATO müttəfiqi olaraq ittifaqımızdakı qabaqcıl rolunu oynamağa davam edəcək", deyə NATO-nun baş katibi söyləyib.
Xatırladaq ki, bu Böyük Britaniyanın referendumla AB-dən ayrılma qərarı almasından sonra Stoltenbergin verdiyi ilk açıqlamadır.
pia.az