Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz onlara çox barmaq edə bilmərik” – Həftənin sitatları


Arif Rəhimzadə: “Azərbaycanda da rusların diaspor təşkilatı mövcuddur. Görün, Rusiya həmin təşkilatın fəaliyyətinə qarışır?”


Vüsal Məmmədov: “Belə bir mənzərə yaranıb ki, əgər jurnalistlərə yox, məsələn, həkimlərə ev verilsəydi, nə vaxtsa qohumun-qonşunun dalına iki iynə vuran hər kəs namizədliyini irəli sürəcəkdi. Məscid-qapı-it məsələsi”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə hazırdır”.

ABŞ prezidenti Donald Tramp: “Mən “sui-qəsd obyektinə” çevrilmişəm. Məqsəd məni özümdən çıxarmaq və cəziyyəti impiçmentə qədər gətirib çıxarmaqdır”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: İraq Kürdistanında müstəqiııik referendumunun keçirilməsi bütün Yaxın Şərqi partlada bilər”.

Fransa prezidenti Emmanuel Makron: “Fransada “mütləq hakimiyyət” riski yoxdur”. 

Rusiya Federasuyasının prezidenti Vladimir Putin:RusiyaAvropa bir yerdə olmalıdır. Moskva buna hazırdır”.

Belarus prezidenti Aleksandr Lukaşenko: Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla post-sovet ərazisindəki münaqişələr xarici müdaxilə olmadan həll olunmalıdır”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov: ““Putinlə birbaşa xəttdə” uşaq doğulması uğurlu haldır... Burda heç bir dramutruqiya yoxdur, bu təbiətin dramatrugiyasıdır”.

“Putinlə birbaşa xəttdə” vətəndaşın Rusiya prezidentinə verdiyi sual: “Siz maksimum iki dəfədən artıq prezident seçilməyi qadağan edən konstitutsiya maddəsini pozmaqdan nə vaxt vaz keçəcəksiniz?”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Dayanıqlı İnkişaf Məqsədləri Proqramının təməl prinsipləri əməkdaşlıqdan ibarətdir. Müstəqillik illərində əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində ölkə çətin durumda idi, Ermənistan tərəfindən torpaqlar işğal edilmişdi, ölkə daxilində qeyri-sabitlik hökm sürürdü. Çətinliklərin çoxu arxada qalıb. Azərbaycan təhlükəsiz və sabit ictimai-siyasi mühitə malik dövlətdir”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan:Qətərin şər kampaniyasə ilə təqib edilməsi yaxşı heç bir şey vəd eləmir”.

ABŞ prezidenti Donald Tramp: “Allahın köməyi ilə biz tezliklə Kubanın azad olmasına nail olacağıq”. 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza: “Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Milli Məclis sədrinin müavini Bahar Muradova: Rusiyanın yaxın və uzaq ərazilərdəki maraqlarını nəzərə almağı bacarırıq”.

Rusiya Federasuyasının prezidenti Vladimir Putin: “Əgər Kreml Krımın rus dilli əhalisini taleyin ümidinə buraxsaydı və “Maydan”ın rusofobiyasına fikir verməsəydi, arxamızda artıq Moskva deyil, İrkutsk olacaqdı. Heç kimçin sirr deyil ki, o vaxt Qərbin hədəfi Rusiyada rejimi dəyişmək idi”.

Rusiyanın tanınmış politoloqu Sergey Belkovski: Rusiyada hər şey köhnəlib: Texnologiya, iqtisadi model, güc strukturları, hətta Valadimir Vadimiroviç də köhnəlib”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Qədr gecələrində sadəcə, insanların qədrini bilmək haqqında düşünün”.

“Putinlə birbaşa xəttdə” vətəndaşın Rusiya prezidentinə verdiyi sual: “Biz axır ki, Ərdoğandan qisas aldıq, yoxsa hələ almamışıq?”.

Rusiyanın tanınmış jurnalisti Yuliya Latınıina: “Belə çıxır ki, Rusiyada ən çox sosial müdafiəyə ehtiyacı olan Medvedyevdir (Rusiyanın baş naziri- pia)”.

Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov: “Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim, bu kağızı verməzdim. Sənədi verməyimə özüm də peşman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O yalvarıb-yaxardı və bildirdi ki, həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşmanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm”.

Rusiyanın tanınmış politoloqu Sergey Belkovski: “O (Putin- pia), bizim hər şeyimizdir: O – millətin atasıdır, O – millətin təsərrüfüt müdiridür, o həm atamız, həm anamız, həm böyük qardaşımız, həm də müəllimimixdir. Bu missiyanı o özü öz üzərinə qoyub”.

Azərbaycanda doğulmuş Rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov: “Bütün anlamlarda mənə yaxşı tanış olan haqqin.az saytı qəzəbli ittihamlarla mənim üstümə cumub. Bu sayt mən tanıyıram, (lap yaxından tanıyıram), ancaq bu dəfə məni doğurdan təəccübləndirdi”.

Tanınmış jurnalist Azər Sarıyev: “Mənzil almaq üçün 3000-dən çox adamın müraciət etdiyini eşitdim. Ölkədə bu qədər jurnalist varmış, xəbərimiz yox”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev:ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə: “Biz bir məsələni anlamalıyıq ki, Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rus İmperiyasının, Sovet İttifaqının, Rusiyanın böyük rolu olub. Doğrudur, müəyyən zamanlarda Rusiyada Azərbaycana qarşı qısqanclıq olub. Bunu heç kəs də inkar etmir. Ancaq Azərbaycanda və müsəlman Şərqində ilk demokratik və müstəqil ölkənin yaradılmasında Rusiyanın böyük rolu var”.

“Putinlə birbaşa xəttdə” vətəndaşın Rusiya prezidentinə verdiyi sual: “Sizin “özümüzküləri təhvil vermirik”, sözünüz büdcə oğrularına və korrupsionerlərə aiddir?”.

Müğənni-bəstəkar Emin Ağalarov: “ Mən heç nəyi bağışlamağa hazır deyiləm: nə xəyanəti, nə yalanı, nə də başqa bir hərəkəti”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Belə bir mənzərə yaranıb ki, əgər jurnalistlərə yox, məsələn, həkimlərə ev verilsəydi, nə vaxtsa qohumun-qonşunun dalına iki iynə vuran hər kəs namizədliyini irəli sürəcəkdi. Məscid-qapı-it məsələsi”.

Ləğv edilmiş MTN-nin istefada olan polkovnik-leytenantı İlham Ismayıl: “APA-nın 11 iyun xəbərlər lentində Azərbaycanla bağlı 31 xəbər var. 7 xəbər neytral xarakterlidir. 24 xəbər bir gündə baş vermiş ölüm, cinayət, intihar, intihara cəhd və başqa fəlakətlər, bədbəxt hadisələr haqqındadır. Ölkənin həyatı”.

Telejurnalist Tünzalə Rafiqqızı:Azərbaycanın indiki təhsil siyasəti Misir Mərdanovun atasına rəhmət oxutdurur”.

Publisist, sabiq deputat Xeyrəddin Qoca: “Camaat! Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov bu gün 100 manatı geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çorək pulu üçün mənim yanıma gəlmişdı...”.

Politoloq Şahin Cəfərli: “Trampı Ağ Evdən atmaq üçün bu gün kifayət qədər əsaslar var, amma respublikaçılar indiki mərhələdə buna hazır görünmür. İstənilən halda, bu xəmir hələ çox su aparacaq. Və bu mövzu gündəmdə qaldıqca, Tramp iqtidar olsa da, müqtədir ola bilməyəcək, seçkiqabağı kampaniya dövründə söyüb-yamanladığı, “o bataqlığı qurudacağam”, dediyi Vaşinqtondakı elitaların dəstəyinə möhtac şəkildə fəaliyyətini davam etdirməli olacaq”.

“İstiqlal.az” saytının baş redaktoru, iqtisadçı Qadir İbrahimli: “Deputat Arif Rəhimzadədeyir ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Rusiyanın təsiri ilə yaradılıb...Vallah, bəlkə heç rusların da ağlına belə sabun növü gəlməyib, eşitsələr deyəcəklər ki, ay Arif, Allahın olsun, o boyda yox da”.

Yazar Mirmehdi Ağaoğlu: “Bu gün Anarın AYB sədri olmağının 30 ili tamam olur. 30 il, a kişi. Bezmir, yorulmur, usanmır...Mən ona daha 30 il o vəzifədə qalmağı arzulayıram. Arzum yerinə yetsə, bir də o vaxta sağ çıxsam bir 30 ildə o vəzifədə qalmağını arzulayacam. Allah hər kəsin arzusunu yerinə yetirsin, mənimki də onların içində”.

Politoloq Qabil Hüseynli: “Rus gəncləri həm ölkədə keçirilən mitinqlərdə fəal iştirak edirlər, həm də Putinin şəxsiyyətinə qarşı yaradılmış süni pərəstişin darmadağın edilməsinə can atırlar”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Təki bütün işğal altında olan torpaqlarımızda azan səslənsin, mən gedib Şuşa məscidində namaz qılmağa da hazıram!..”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə: “Bu adama (Dilavər Əzimli nəzərdə tutulur – red.) demək lazımdır ki, ay bədbəxt, bəs mən nə deməliyəm? Azərbaycan dünya tarixinə və ədəbiyyatına daxil olmaq üçün hansı yolla getməlidir? İngilis dilini öyrənməliyik? Ona demək lazımdır ki, ay bədbəxt, heç sən ingilis dilində yarım söz bilirsən? Bilmirsən! Yaxud da sənin uşaqların bilirmi?”.

Tanınmış jurnalist Azər Sarıyev: “Məncə, məsələ ingilis, ya rus dili vasitəsilə çıxmaqda deyil, psixoliji durumun rusca olmasındadır”.

Jurnalist Tural ismayılov: “İlk sevgi unudulmur deyən insanların səmimiyyətinə şübhə edirəm.. İlk sevgi unudulmurdusa, çalışıb, vuruşub, ölümünə sahib çıxaydız da ilk sevgilinizə”.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov: “Ermənilərin danışıq masasından çəkilmələri, Qarabağın İrəvan tərəfindən tanınması müharibəyə gətirib çıxaracaq. Ordumuz artıq torpaqları geri qaytarmağa hazırdır.  Ermənilər çıxışlarında və davranışlarında ehtiyyatlı olmalıdırlar. Bakı Bağdad, bölgə isə İraq deyil”.

Bank üzrə ekspert Əkrəm Həsənov: “Problem ondadır ki, maliyyə-kredit sistemində suyu bulandıran əsas oyunçular, yəni, banklar kənarda qalıb. Palata bank sisteminə daha çox diqqət ayırmaqdansa, “uşaq-muşaqla” haqq-hesab çürüdür”.

İqtisadçı alim, ADR Hərakatının lideri Qubad İbadoğlu:Azərbaycanda valyutaya ciddi ehtiyac bundan sonra yaranacaq. Düşünürəm ki, bu proses avqust ayında başlayacaq və ilin sonuna qədər davam edəcək”.

Telejurnalist Tünzalə Rafiqqızı: “Sponsorla gələn aparıcılar kanal rəhbəri və ya redaktoruna pul verib, efirə çıxırlar”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə: “Dərindən düşündəndə Ümumrusiya Azərbaycan Konqresi həmin ölkənin ərazisində yaşayan azərbaycanlıların təşkilatıdır. Biz onlara çox barmaq edə bilmərik. Rusiyada yaşayan azərbaycanlılara nəzarət etmək, onlara hər hansı göstərişlər vemək heç bizim işimiz də deyil. Azərbaycanda da rusların diaspor təşkilatı mövcuddur. Görün, Rusiya həmin təşkilatın fəaliyyətinə qarışır?”

Rejissor Kənan M.M: “Yazanda şair oluram. Şairlər yalançı olur. Heç vaxt bir şairi sevməyin, sizi sevmək üçün tərk edər. Şairlər özləri üçün yazmır. Kitab istəmirəm, oxuyan yoxdur. İnsanlar dinləməyi istəyirlər. Bilirəm ki, kitab buraxsam, satılmayacaq”.

Əməkdar artist Vidadi Həsənov: “Biz fövqəladə bir işlə məşğul deyilik. Əgər fövqəladə işdirsə, bu, vallah bu mənə aid deyil. Bu adi bir işdir, həkimin işi kmi, pinəçinin işi kimi, jurnalistin işi kimi. Heç kəsin sənətini əlahiddə bir yerə qoymaq lazım deyil”.

Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi, Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi, Abbasqulu ağa Bakıxanovun və 1920-ci ilin Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin yaxın qohumu Leyla xanım Xoyski: “Sovetlər zamanında Azərbaycanın bayrağı 70 il sizdə gizli qaldı. Amma həmin illər ərzində Azərbaycan bayrağı bizim evdə açıq şəkildə dalğalandı. Ulu babam həmin bayrağın ətrafına qızıl pullar düzmüşdü. Sonra başqa bir evə köçən zaman onları oğulardılar”.

Gənc yazar, jurnalist Kəramət Böyükçöl: “Lələtəpə işğaldan təzə azad olunmuşdu. Nadir Qafarzadə gedib Lələtəpənin başında çıxıb şəkil çəkdirmişdi, sonra da paylaşıb yazmışdı ki, bura kimi gəlib çıxmağa hər oğulun hünəri çatmaz! Biri də rəy yazmışdı ki, Nadir, o təpəni azad eləyən oğullardan birinin yerinə niyə sən ölmədin?”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa: “Saxta deputat vəsiqəsi verilən ölkədə "seyid" vəsiqəsinin verilməsi bu qədər təəccüblü və faciəvidir?”

Telejurnalist Tünzalə Rafiqqızı: “Bizdə xəbər aparıcısı 300-500 manat üçün işləyir və öz əmək haqqısını almaq üçün aylarla yalvarır”.

Media üzrə ekspert Ələsgər Məmmədli: “Bu nədəndir ölən kimi qəlbimizdə adamlara sevgi, hörmət aşıb, daşır,Ölən kimi yamanlar da yaxşılaşır, yaxşılar da yaxşılaşır.Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,Hamısını ucdantutma yaxşı deyib, o dünyaya yollayırıq!...”.

“Cümhuriyyət.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı: “Dünyanın hikmətinə bax. Adəmi cənnətdən qovduran buğdanı torpağa basdırırsan cücərir, insanı basdırırsan çürüyür...”.

Hüquqşünas Aslan Ismayilov:Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, «bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük”. Mən isə düşünürəm ki, bizim xalqın bəlası elə həmin o Milli Məclisdədir”.

Tanınmış jurnalist Azər Sarıyev: “Gürcüstan Patriarxiyası Qaxda yerləşən Müqəddəs Georgi kilsəsində şou-proqran üçün süjet çəkilişindən hiddət ifadə edən bəyanat verib. Dəlinin yadına daş salmaq olmasın, deyəsən, qonşularımızın bu Müqəddəs Georgiosun dəfn olunduğu yerdən, həmin məkanın pirə çevrildiyindən və orada islam adından istifadə edilərək külli miqdarda pul qazanıldığından xəbəri yoxdur. "Reket"çilik olmasın, obyektin sahiblərinə xəbərdarlıq edirəm: Mənim faizimi çatdırmasanız, bütün xristian dünyasına xəbər verəcəyəm ki, Georgiyosu Cərcis edib adına ətək-ətək pullar qazanırlar, siz də yatmısınız, eyyy cahil xristianlar!”.

Gənc  jurnalist Rəşid Mustafazadə: “ Əxlaqın əsl mahiyyəti sərhədsiz azadlıq veriləndə bəlli olur”.

“Müsavat.com” saytının baş redaktoru Xalid Kazımlı: “Keçmişdə adına xərac deyilən və xurcun-xurcun qızıldan, top-top ipək parçalardan, ilxı-ilxı atlardan, dəvələrdən ibarət olan bəxşişlərin adı indi “milyardlıq ticarət sazişi”dir. Böyük dövlətlər öz istehsal etdikləri inventarları böyük partiya ilə iri məbləğ qarşılığında kiçiklərə sırıyırlar, iş bitir”.

Köşə yazarı Zamin Hacı: “Hamı işsizlikdən şikayətlənir, ancaq göz dəyməsin, bizdə cürbəcür işlər vardır. Misal üçün, “MTN işi”, “Beynəlxalq Bankın işi”, “Rabitəçilərin işi” və sairə. Nə qədər dövlət idarəmiz varsa, əvvəl-axır bunların hər biri üzrə cinayət işi açılır, danışmağa, yazmağa tema olur”.

Jurnalist Tural ismayılov: “Şərq poeziyasının Məcnunu Leyli eşqindən çöllərə düşüb dəli oldu.. Ağılsızlıqdır, amma ədəbiyyatdır... Sevgilisi üçün sosial şəbəkələrdən vaz keçməyən qaqalar özlərini dəli Məcnuna bənzədib, sevgilisinə “səni Məcnun kimi sevirəm” deyəndə ətim tökülür. Qızlara yaltaqlanmaq üçün etməyəcəyiniz şey yoxdur vallah”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Vətənə son xidmətimiz onun qoynunda ölmək ola bilər ki, heç olmasa, çürüyüb, torpağını bir ovuc da olsa, artıraq”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar