Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz pilotsuz təyyarələri müştərək istehsal edirik“


Yevda Abramov: “İstənilən partiya bu 11 məkanda qışqıra bilər”"


Suallarımıza Milli Məclisin deputatı Yevda Abramov cavab verib. 

Millət vəkili, əsasən, “Əsrin Müqaviləsi”, onun Azərbaycana verdiyi dividentlərdən, Avropa Parlamentinin qəbul etdiyi son qətnamədən, bu sənədi qəbul etməkdə əsas məqsədin nədən ibarət olmasından danışıb. Eləcə də, Azərbaycan Hərbi Sənaye Nazirliyinin təşkil etdiyi silah sərgisindən, İsrail müdafiə nazirinin son 23 ildə ilk dəfə olaraq Azərbaycana səfər etməsindən, habelə ölkə müxalifətinin mitinq keçirmək istəyindən danışıb.

  - Yevda müəllim, “Əsrin Müqaviləsi”nin növbəti ildönümünü qeyd etdik. Necə düşünürsünüz, bu saziş Azərbaycana hansı dividentlər gətirdi? 

- İndi jurnalistlərin çoxu gənclərdir. Ona görə də onların çoxu bu müqavilənin Azərbaycana hansı üstünlüklər gətirdiyini o qədər də görə bilmirlər. Əgər siz Bakını 25 il əvvəl görsəydiniz və onu indiki Bakı ilə müqayisə etsəydiniz, görərdiniz ki, əsrin müqaviləsi hansı dividentlər gətirib, hansı üstünlüklər yaradıb. Elə Bakının timsalında bu müqavilənin bizə verdiyi üstünlüyü görə bilərik. Mən hələ regionlarımızı, xalqımızın maddi rifah halını demirəm. Bəllidir ki, “Əsrin müqaviləsi” həm də Azərbaycanın dünyada qazandığı siyasi imiclə də əlaqəli məsələdir. Bu müqavilə Azərbaycanın dünyaya tanıtım nişanəsidir. Azərbaycan Qafqazda, Avropa ilə Asiyanın qovşağında yerləşən sabit və güclü dövlət kimi tanındı. “Əsrin müqaviləsi” Azərbaycan xalqının çörəyi, suyu və havasıdır. İyirminci ildönümündə Azərbaycana gələn dövlətlərin, şirkətlərin sayını və nüfuzunu, yəqin ki, gördünüz. Üstəlik də Azərbaycana və onun rəhbərliyinə verilən qiymət ortadadır. “Əsrin müqaviləsi”nin hansı əhəmiyyətə malik olduğunu ulu öndər Heydər Əliyev əvvəlcədən bilirdi. Ancaq çox təəssüflər olsun ki, o dövrdə çoxları buna inanmırdı. Hətta bunu fiksiya, fiasko və utopiya adlandıranlar var idi. Ancaq gördünüz ki, bu, reallığa çevrildi. Sizi əmin edirəm ki, bundan sonra da imzalanacaq və kimlərəsə xəyal kimi görünən müqavilələrimiz həyatda gerçək olacaq. “Əsrin müqaviləsi” bizim siyasi imicimiz, təhlükəsizliyimizdir. 

 - “Əsrin müqaviləsi” imzalanmasaydı, nələr olacaqdı? 

- Çox çətinliklər çəkə bilərdik. Suallar çıxa bilər ki, bəyəm, nefti olmayan ölkələr yaşamır? Əlbəttə, yaşayırlar. Ancaq həmin ölkələr mövcud olduğu dövrdən başlayaraq öz millətini və dövlətini qorumaq məqsədilə başqa yollar axtarırlar. Ölkələr var ki, adi qızılgül, ölkələr var banan, ölkələr var ki, tərəvəz məhsulları, ölkə də var ki, saf su ixracından özünün milli gəlirlərini müəyyən edərək dolanırlar. Elə ölkələr də var ki, özlərinin intellektual potensialını satıb dolanırlar. Ağıllı başlar ölkəyə gəlir gətirir. Azərbaycan da bir yol düşünərdi. Ancaq Allah bizə bu yeraltı sərvəti veribsə, biz niyə bu sərvətdən xalqımızın maddi rifah halının yaxşılaşdırılması, dövlətimizin tanıtdırılması, onun müdafiə qabiliyyətinin artırılması üçün istifadə etməyək? Biz bundan həm də xalqımızın zehni qabiliyyətinin inkişafı üçün sərf edirik.

  - Demək istəyirsiniz ki, yeraltı sərvətdən əldə olunan maliyyə və imkanlar effektiv istifadə olunur? 

- Bu sahədə dövlət özünün siyasətini qurub və bu imkanlardan effektiv istifadə edir, doğru istiqamətdə xərcləyir və həm də müəyyən mənada qoruyur. Bu arada, onu da nəzərə almaq lazımdır ki, bu, həm xalqımızın nəzarətindədir, həm də beynəlxalq aləmdə nüfuzlu iqtisadi institutlar da bu prosesə, onun şəffaflığına nəzarət edirlər. Həmişə də şəffaflıq məsələlərində Azərbaycanın imici çox yüksək olub və bundan sonra da belə olacaq.

 - Bəs, “Əsrin müqaviləsi”ndən İsrail dövləti istifadə edirmi, yəni Azərbaycandan yanacaq məhsulları alırmı? 

- İsrail bu konsorsiumun üzvü deyil. Ancaq İsrail dövləti həmin tranzit xətdən hökumətlər səviyyəsində müəyyən edilən miqdarda bu məhsuldan alır. Mən konkret bilməsəm də, çox güman ki, İsrail dövləti neft məhsullarını, xüsusilə dizeli xam şəkildə alır. İsraildə istifadə olunan bu məhsulun böyük hissəsi Azərbaycandan alınan neftin hesabına yerinə yetirilir. Yeri gəlmişkən, İsrailin təklifi də var idi ki, gələcəkdə boru kəməri Qırmızı dənizin sahillərinə qədər çəkilsin. Bu təkliflə o zaman İsrailin energetika və infrastruktur nazirliyi çıxış etmişdi. Yəni bu məsələ də qaldırılmışdı. 

 - Azərbaycan Hərbi Sənaye Nazirliyi istehsal etdiyi silahların sərgisini təşkil etdiyi zaman ilk dəfə olaraq İsrail müdafiə naziri Azərbaycana səfər etdi. Bu səfəri necə qiymətləndirirsiniz, bu əlaqələrin inkişafına səbəb ola bilərmi? 

- Əvvəla, İsrailin müdafiə naziri Azərbaycana özbaşına səfər etməmişdi. Nazir rəsmi şəkildə sərgiyə dəvət olunmuşdu. Həm də nəzərə alın ki, bu, beynəlxalq sərgi idi və ora bir sıra ölkələrin mütəxəssisləri, hərbi sənayedə nüfuzlu, hərbi məhsullar istehsal edən dünyanın əksər şirkətləri dəvət olunmuşdu. Şübhəsiz ki, İsrail müdafiə nazirinin səfəri də çox yaxşı hal idi. Adətən, belə tədbirlərdə hərbi nazirlər, qərargah rəhbərləri, mütəxəssislər müqavilələr bağlayır, xoşlarına gələn silahları əldə etmək üçün danışıqlar aparır, həmçinin silahların istehsalı təcrübəsi ilə tanış olur, mübadilə təşkil etmək məqsədilə kontraktlar bağlayırlar. O cümlədən İsrailin müdafiə naziri də bu sərgiyə dəvətli idi və böyük məmnuniyyətlə bu tədbirdə iştirak etdi. Həm də Azərbaycanla İsrail arasında bir sıra hərbi istiqamətlər üzrə əməkdaşlıq və müttəfiqlik müqavilələri var. Düzdür, bunlar hərbi sirlərdir və dünya da bundan xəbərdardır. Bu mənada, burada qəbahət yoxdur. Əksinə, bölgədə sabitliyi qoruyub saxlamaq üçün İsrailin Azərbaycanla əlaqələri genişləndirməsi çox yüksək qiymətləndirilməlidir. Düzdür, bu, kimlərdəsə qıcıq yarada bilər. Qonşu dövlətlərdən kimlərsə bunu arzulamaya da bilər. Ancaq iş ondadır ki, Azərbaycan güclü dövlətdir və özünün xarici siyasətini başqa dövlətlərin buna necə münasibət bəsləməsinə uyğun olaraq qurmur. Əksinə, Azərbaycan özü müstəqil xarici siyasət yeridir. Biz sərbəst və açıq dövlətik, öz xarici siyasətimizi də heç kəsin diqtəsi ilə qurmuruq. Odur ki, Azərbaycan bundan sonra da İsraillə münasibətlərini strateji partnyorluq səviyyəsində qoruyub saxlayacaq. Xüsusilə, hərbi sahədə İsrailin təcrübəsinə ehtiyac duyuruq və mübadilələr yolu ilə bu prosesin davam etdirilməsi yaxşı olardı. Ümid edirəm ki, bu istiqamətdə də davam edəcək. 

- Bir neçə il əvvəl Azərbaycanla İsrail arasında müştərək silahlar istehsal etməsi haqda razılıq əldə olunmuşdu. Bu proses davam edirmi? 

- Bu proses indi də davam edir. Məsələn, biz pilotsuz təyyarələri müştərək istehsal edirik. Başqa silahlar da var. Ancaq hərbdən çox danışmaq doğru deyil. Hərb elə sahədir ki, bununla sırf mütəxəssislər məşğul olmalı və danışmalıdır. Sadəcə, biz onu bilirik ki, bu sahədə, bizim müqavilələrimiz, müttəfiqlik sazişlərimiz var. Biz onlara lazımi əlavələr edirik və bu iş bundan sonra da davam edəcək. Daha detallar bizim, eləcə də, mətbuatın deyil, hərbçilərin işidir. 

 - Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni necə qiymətləndirirsiniz və nə üçün ölkəmizə qarşı belə qətnamə qəbul olunub? 

- Bunlar qətnamələrində qeyd edirlər ki, guya Azərbaycanda demokratiya çox zəifdir və ya yoxdur. Mən sizə indidən deyirəm ki, hələ bundan sonrakı bir neçə illərdə də belə qətnamələr olacaq. Bu, mənim proqnozumdur.

  - Sizcə, niyə? 

- Əslində, bunlar bazarlıq üçün arqumentlərdir. Biz hansı beynəlxalq quruma daxil olmuşuqsa, üzərimizə müəyyən öhdəliklər götürmüşük. Bu öhdəliklərə sadiq qalaraq onları daima yerinə yetiririk. Ancaq bir sıra məsələlər bizim ölkəmizin daxili işidir və ona heç kim müdaxilə edə bilməz. Biz bu günə qədər heç kimə deməmişik ki, aksiyalar keçirməyin. Bakı şəhərində mitinqlər təşkil etmək üçün on bir məkan göstərilib. Bu məkanlarda istənilən partiya və qeyri-hökumət təşkilatı qışqıra bilər. Biz heç kimə deməmişik ki, mitinq keçirmək olmaz. Biz özümüz də mitinq edən, də bu ünvanlara gedəcəyik. Bəyəm, qarşı tərəf bizdən artıq adamdır? Avropa, “Human Right Watch”,  “Freedom House”, ABŞ dövlət departamentinin gördükləri işlər bəllidir. Bütün dünya onların Ukraynadakı vəziyyətə münasibətini gördü. Eləcə də, Gürcüstana münasibətinin necə olduğunu görmüşük. Biz bu variantların hamısını keçmişik. Bizim ağıllı, uzaqgörən, praqmatik prezidentimiz var və ixtisasına görə də peşəkar diplomatdır. Biz bu münasibətlərin mahiyyətini gözəl bilirik ki, Avropa bizdən nə istəyir, niyə bizə qarşı belə sənədlər qəbul edir. Biz bunları bilirik, çünki bu, birinci hal deyil. Mən özüm Avropa ölkələrində çox oluram, onların tanınmış siyasi xadimlərini Qubaya aparıram, qəsəbədə gəzdirirəm. Eləcə də, təklikdə söhbət edirəm. Mən bunların niyyətlərini bilirəm. Belə şeylərə aludə olmağa dəyməz. Bu saat MDB məkanında Bakı qədər sakit, stabil, təmiz şəhər yoxdur. Bunu elə onların özləri də bilirlər. Paxıllıqdan da partlayırlar.  - Bəs məqsədləri nədir? - Alver predmetinə çevirirlər. Bunu özləri bizdən də yaxşı bilirlər. Həm də bilirlər ki, Azərbaycan müstəqil və güclü dövlətdir. Biz onların bütün tələblərini yerinə yetirə bilmərik. Ölkənin sərvətlərini, qaz və neft kəmərlərinin haradan keçməsi, kimə çatması, hara qədər getməsi bizim işimizdir, bunu Azərbaycan dövləti müəyyən edir.(teleqraf.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar