Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz prinsipcə Fələstin dövlətini və münaqişənin iki dövlətli həllini dəstəkləyirik”- Ərəstun Oruclu

Azərbaycan politoloqu Fələstin – İsrail münaqişəsi barədə fərqli mövqe sərgilədi


Avropa Parlamentinin Fələstinin müstəqilliyini tanıması Yaxın Şərqdə yeni düzənin formalaşmasından xəbər verir.
Bu qurumda  keçirilmiş səsvermə üzv partiyalar arasındakı konsensus nəticəsində mümkün olub. 498 lehinə,  88 əleyhinə nisbətində qəbul olunmuş qətnamədə deyilir: “Biz prinsipcə Fələstin dövlətini və münaqişənin iki dövlətli həllini dəstəkləyirik”.

Bundan bir  qədər əvvəl sosial-demokratların, solçuların və yaşılların nümayəndələri parlament təşəbbüsü qaldıraraq Avropa İttifaqının bütün 28 üzvü tərəfindən Fələstinin qeyd-şərtsiz tanınması təklifi ilə çıxış etmişdilər ( Azadlıq.org.).

Oktyabrda İsveç Fələstin dövlətini rəsmən tanıyıb. Britaniya, Fransa  və İrlandiya parlamentləri isə nəticəsi hökumət üçün məcburi sayılmayan səsvermələrdə Fələstin dövlətinin tanınmasına tərəfdar çıxıb.  Nəhayət çərşənbə günü Lüksemburq  parlamentində oxşar qanun qəbul edilib.

Bununla belə,  Avropa Parlamentindəki ən böyük qrupu təşkil edən, Liberallar və Demokratların Alyansında dördüncü böyük fraksiya olan mərkəz-sağçı Avropa Xalq Partiyası bildirib ki, Fələstin dövlətinin tanınması yalnız və yalnız İsraillə danışıqlar prosesində baş verə bilər.

Fələstin dövlətini  Cənubi Amerika, keçmiş Sovet İttifaqı da daxil olmaqla Asiya və Afrikada demək olar, bütün ölkələr tanıyıblar. Cənubi  Qafqazda Fələstini tanımayan yeganə ölkə  Ermənistandır.

Bu arada BMT  Təhlükəsizlik Şurası İsrailin 1967-ci ildə işğal edilmiş ərazilərdən çıxmasını tələb edən qətnaməni qəbul etməyə hazırlaşır.

Bu qətnamənin  layihəsi fələstinlilərin adından İordaniya tərəfindən təqdim olunub. “The Guardian”  qəzeti yazır ki, Fransa tərəfindən də qətnamə layihəsi təklif olunub və görünür bu iki sənəd arasında seçim ediləcək.
Qətnamə layihəsinə əsasən sonuncu İsrail  əsgəri işğal olunmuş ərazilərdən 2016-cı ilin noyabrınadək çıxarılmalıdır.

Fələstinin xarici işlər naziri Riad  Malki deyib ki, qətnaməyə ABŞ tərəfindən veto qoyulması mümkündür və buna görə də sənəd konsensus əldə olunmadan səsverməyə çıxarılmaya da bilər.
Beləliklə, İsrail bu həftə bütün  Avropa boyunca bir neçə istiqamətdən diplomatik zərbələr alıb.

Elə çərşənbə günü fələstinlilərin  xahişi və Cenevrə konvensiyalarına üzv ölkələrdən 126-nın iştirakilə keçirilən konfransda İsraili beynəlxalq qanunlara hörmətlə yanaşmağa çağıran 10 maddəlik bəyannamə qəbul olunub.
Bəyannamədə İsrailin işğal olunmuş  əraziləri məskunlaşdırması qətiyyətlə pislənir. 
Mətbuat  bu  bəyannamənin icrasının  hökumətlər üçün icbari olduğunu bildirib.

İsrail  Avropa ölkələrini bu konfransı boykot etməyə çağırsa da, onların tədbirdəki iştirakını əngəlləyə bilməyib.
Konfrans  İsrail, Kanada və ABŞ tərəfindən boykot edilib.
İsrail iddia edir ki, Cenevrə  konfransı insan haqları məsələsini siyasiləşdirib.

ABŞ dövlət katibi Conn Kerri bildirib ki,  İsraildə mart ayına təyin olunmuş seçkilərin nəticələrinə hər hansı şəkildə təsir edə biləcək addımlardan çəkinmək lazımdır.
Fələstinlilər çərşənbə günü  daha bir siyasi uğur qazana biliblər. Avropa  İttifaqının ikinci ən yüksək məhkəməsi Haması terrorçu təşkilatların siyahısından çıxarıb.
Bununla belə,  qərarda deyilir ki, təşkilatın əmlakı üç ay müddətində dondurulmuş halda qalmaqda davam edəcək.

.İsrailin baş naziri Binyamin Netanyahu Avropanı “müdhiş riyakarlıqda” ittiham edib. O jurnalistlərin suallarına cavab verərkən deyib: “Cenevrədə onlar İsrailin hərbi cinayətlərini təhqiq etməyə çağırıblar, Lüksemburqda isə Avropa İttifaqının məhkəməsi Haması terror siyahısından çıxarıb. Belə görünür ki, 6 milyon yəhudinin qətliam edildiyi Avropada çoxları tarixdən heç nə öyrənməyiblər”.

“Şərq  Qərb” araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib ki, bu qərar gözlənilən idi. BMT qətnaməsinə görə, Fələstinin müstəqilliyinin tanınması qaçılmaz idi. 

“Ərəblərin İsrailə müharibə elan etməsi və İsrailin döyüşlərdəki uğuru müstəqil Fələstinin yaradılmasına imkan vermədi və dünya bu reallıqla hesablaşmalı oldu. Digər tərəfdən, uzun müddət İsrail Qərbin, Fələstin isə SSRİ-nin maraqlarının ifadəçisinə çevrilmişdi. Bu amil müstəqil Fələstin ideyasının gerçəkləşməsinə mane oldu”, -  deyə politoloq vurğulayıb.

SSRİ dağıldıqdan sonra bu balans pozuldu və Fələstinin bir dövlət kimi tanınması prosesi ləngidi”, -  deyən ekspert hesab edir ki, artıq dünya dəyişib və Fələstin məsələsindəki vacib anlaşmanı inkar etmək mümkün deyil. “Avropa ölkələrində ərəblərin sayı və siyasi proseslərə inteqrasiyası artmaqdadır.  Digər tərəfdən Netanyahu iqtidarı son zamanlar Rusiyaya meyllənir. Beynəlxalq çevrələrdə ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Netanyahu arasındakı gərginlik açıq şəkildə  müzakirə edilməkdədir. Düzdür, iki liderin münasibəti əsas amil deyil, Netanyahunun ruslara meyllənməsi isə kifayət qədər ciddi rol oynadı”,- deyə ekspert qeyd edib.

Politoloq onu da vurğulayıb ki, Netanyahu İsrail barədə yeni konsepsiya yaratmışdı və o, bu ölkəni  yəhudi dövləti kimi gördüyünü açıqlayırdı. “Belə gedişat İsrail siyasətindəki  solçuların və mötədillərin etirazı ilə qarşılanırdı. Unutmaq olmaz ki,  İsraildə qeyri yəhudilər az deyil və ölkənin 20 faizi ərəb mənşəli İsrail vətəndaşlarıdır. Bu amil, eyni zamanda İsrailin Qəzzadakı əməliyyatları, uşaq və qadınların qətlə yetirilməsi Fələstinin tanınması prosesində Tel Avivin ziyanına işlədi. 

Avropa ölkələri ardıcıl olaraq Fələstinin müstəqilliyini tanımağa başladılar.  Avropa Parlamentinin Fələstinin müstəqilliyini tanıması bu baxımdan gözlənilən idi. Görünən budur ki, İsrail parlamentinə növbəti seçkilərdə Netanyahu tərəfdarları uğur qazana bilməyəcəklər. İsrail cəmiyyəti kifayət qədər praqmatikdir. Yüksək təhsilli İsrail sakinləri terror və müharibələrdən artıq  beziblər. Onları millətçi şüarlarla aldatmaq artıq mümkün deyil”,- deyə Ə. Oruclu qeyd edib.

“Fələstinin Avropa Parlamenti tərəfindən tanınması Dağlıq Qarabağ üçün pressident  ola bilərmi” sualına cavab verərkən politoloq vurğulayıb ki, Fələstin və Qarabağ münaqişələri arasında paralellər axtarmaq yanlış olardı. Lakin burada təhlükəli məqam ondan ibarətdir ki, dünyada münaqişəli problemlərdən tezliklə azad olunmaq tendensiyası hökm sürür.  Dünya münaqişələri həll etmək istəyir, bu məsələdə emosiyalara yer yoxdur və əsas amil  maraqlardır. Qarabağın işğal olunmuş ərazilərinin nəzarətsiz bölgələrə çevrilməsi problem yaradır və dünya bu problemdən azad olmağı arzulayır.
Ə.Oruclu hesab edir ki, Azərbaycanın hakimiyyətinin ABŞAvropa ölkələrinə qarşı neqativ mövqeyi, onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi həll edilərkən, bizim maraqlarımız zərbə ala bilər. 

Avropa Parlamentinin adıçəkilən qərarı Yaxın Şərqdəki proseslərə hansı təsiri göstərə bilər” sualının cavabında Ə. Oruclu qeyd edib ki, yaxınlarda  xüsusi bir gərginliyin yaşanacağını düşünmür. 

“Artıq lobbilər və onların gücü barədə deyilənlər ciddi qarşılanmır.  ABŞ mətbuatı açıq şəkildə İsraili tənqid edir. Dünyada qloballaşma gedir. Bu prosesə qarşı çıxanlar problem yaşamalı olacaq.  B. Obama dünyada gərginlik artmasın deyə, ruslarla əməkdaşlığa üstünlük verirdi. Lakin Putin RusiyaSuriyada, Ukraynada, MDB məkanında özünü işğalçı kimi aparmağa başladı və nəticə Vaşinqton Moskvanı diz çökməyə vadar edə bildi”,- deyə politoloq fikrini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar