Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim işimiz təkcə Avropa Şurasına üzv olmaqla bitmir”


MM-in komitə sədri hesab edir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub


PİA.AZ modern.az saytına istinadən xəbər verir ki, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 22-də keçirilən iclasında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
 MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa Şurası tərəfindən hazırlanmış sözügedən Konvensiyanın 1950-ci ildə ortaya qoyulduğunu və 1953-cü ildə ratifikasiya edildiyini xatırladaraq bildirib ki, həmin sənəd BMT-nin “İnsan Hüquqları Bəyannaməsi”ndən sonra dünyada insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı ən böyük, ən mükəmməl sənəddir. 
Komitə sədrinin sözlərinə görə, adıçəkilən Konvensiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin beynəlxalq standartları təsbit olunub. Azərbaycan tərəfindən 2000-ci illərin əvvəllərində həmin Konvensiyanın ratifikasiya edildiyini deyən R.Aslanova bildirib ki, ümumiyyətlə, insan hüquq və azadlıqlarının təmin edilməsi, bu yöndə beynəlxalq qanunvericiliyə əməl olunması ölkəmizin ən prioritet istiqamətlərindəndir. 

“Bizim işimiz təkcə Avropa Şurasına, Avropa Məhkəməsinə üzv olmaqla və yaxud da, beynəlxalq konvensiyaları, sazişləri ratifikasiya etməklə bitmir, məhdudlaşmır. Azərbaycan müstəqilliyinin hələ lap ilk illərindən mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub və ötən illər ərzində də bu istiqamətdə xeyli müsbət işlər görülüb”- deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib. 

MM Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə Protokol barədə məlumat verərək bildirib ki, Avropa Şurası bu gün Avropa Məhkəməsinin iş yükünün azaldılmasına çalışır. 

Avropa Şurasının əsas problemlərindən biri də budur ki, Avropa Məhkəməsinin iş yükü azaldılsın. Çünki 2012-ci ilin əvvəllərinə kimi Avropa Məhkəməsində baxılmaq üçün növbəsini gözləyən 160 minə yaxın iş var idi və təbii ki, bu, böyük rəqəmiydi. Bu, eyni zamanda, Avropa Məhkəməsinin nüfuzuna müəyyən dərəcədə xələl gətirirdi. Ona görə Avropa Şurası Avropa Məhkəməsinin iş yükünün azaldılması, onun iş, fəaliyyət səmərəliliyinin artırılması üçün məlum Konvensiyaya 14, 15 və 16 saylı protokollar əlavə etdi. İlk belə bir Protokol - 14 saylı Protokol 2006-cı ildə ortaya qoyulsa da, Rusiyanın uzun müddət onu ratifikasiya etməməsi səbəbindən işləyə bilmirdi. Düz 4 ildən, yəni, 2010-cu ildə Rusiyanın həmin Protokolu ratifikasiya etməsindən sonra məhz Avropa Məhkəməsinin iş yükünün azaldılması istiqamətində işlər həyata keçirilməyə başlandı. Bunun nəticəsidir ki, 2013-cü ildə baxılmalı olan işlərin sayı 130 minə, bu ilin əvvəllərində isə təxminən 95 minə enib. İndi ratifikasiya edilməsi təklif olunan 15 saylı Protokol da elə bu qəbildəndir. Yəni, həmin Protokol da Avropa Məhkəməsinin iş yükünün azaldılmasını nəzərdə tutur”- deyə, L.Hüseynov qeyd edib. 

O, eyni zamanda bildirib ki, həm Avropa Şurası , həm Avropa Məhkəməsi üzv dövlətlərdən həmin məhkəmə instansiya ünvanlanan şikayətlərin sayının azalmasında da maraqlıdır. 

“Bu gün Avropa Məhkəməsinə edilən şikayətlərin təxminən 40 faizi Rusiya, Ukrayna və İtaliyanın payına düşür. Ona görə həm Avropa Məhkəməsi, həm də Avropa Şurası istəyir ki, həmin məhkəməyə edilən şikayətlərin sayı azalsın”- deyə, o, sözlərinə əlavə edib. Geniş müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar