Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim oyunlarımız müharibəyə bənzəyir”



Premyer Liqamızın 24-cü turunda öz meydanında “Simurq”u qəbul edəcək “İnter” matçın hazırlıqlarını davam etdirir


 Bu gün də komanda “İnter Arena”da növbəti məşqinə çıxıb. Məşqdən sonra “bankirlər”in makedoniyalı yarımmüdafiçisi Slavço Georgiyevski Qol.Az saytına müsahibə verib.

Piasport.az həmin müsahibəni təqdim edir:

- Oyuna hazırlıq necə gedir?

- Bizim hədəflərimiz həmişəki kimi böyükdür. Qış fasiləsindən sonra komandada hər şey qaydasındadır. Çalışırıq ki, hər bir oyuna yaxşı hazırlaşaq və rəqiblərimizlə aramızdakı məsafəni qoruyaq. Bacardığımız qədər turnir cədvəlində “Qarabağ”la aramızdakı xal fərqini azaltmaq istəyirik.

- Turnir cədvəlində 2-ci pillədə olsanız da “Qarabağ”la aranızda 9 xal fərq var.

- “İnter” heç vaxt başqa komandaların nəticələrinə ümid etməyib. Düzdür, “Qarabağ”la aramızda xal fərqi çoxdur. 3-4 turdan sonra nələr baş verəcəyini düşünmədən öz oyunumuzu oynayacağıq. Bizim iddialarımız hər zaman eynidir. Bu mövsümdə ya çempion olmaq, ya da ölkə kubokunu qazanmaq istəyirik . Hər şey qarşıdakı oyunlarda qazanacağımız nəticələrdən asılıdır. Amma nəticə haqda danışmaq yox, onu qazanmaq lazımdır.

- 3-cü sırada qərarlaşan “Neftçi” ilə də aranızdakı xal fərqi minumuma enib.

- Rəqiblərimizin əksəriyyəti mübarizdirlər. Bu, bir tərəfdən bizim üçün yaxşıdır. Çünki biz onda daha iddialı oluruq. Bu, komandanın səviyyəsinin yüksəlməsi üçün də gərəklidir. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

 - “İnter” bu çempionatda ən az qol buraxan, “Qarabağ”dan sonra isə ən çox qol vuran komandadır. Səncə, müdafiə yoxsa, hücum xəttiniz güclüdür?

 - Artıq bir neçə mövsümdür ki, “İnter” çempionatda ən az qol buraxan komandadır. Bu, bizim müdafiə xəttimizin etibarlı oyunundan irəli gəlir. Amma bəziləri deyir ki, “İnter” bütün hücumları müdafiədən təşkil edir. Mən bununla razı deyiləm. Biz oyunumuzu düzgün qurmağı bacarırıq və komanda şəklində oynayırıq. Ona görə də hər bir mövqedə oynayan futbolçumuz qol vura bilər.

 - Kaxaber Sxadadzenin komandadan ayrılacağı məlumdur. Bu, sizdə ruh düşkünlüyü yaratmır?

 - Sxadadze uzun illərdir ki, bu klubda çalışır. O, güclü məşqçidir. Bütün komandada qələbə ruhu yarada bilib. Onun böyük hədəfləri var və biz o gedəndən sonra da bunu qoruyub saxlamalıyıq. Hamı bilməlidir ki, Sxadaze klubdan ayrılandan sonra da “İnter” əvvəlki səviyyəsində qalacaq . Amma yenə də onun gedişi “İnter” üçün böyük itki olacaq

- Növbəti turda “Simurq”la oynayacaqsınız. Bu oyun haqqında nə deyə bilərsən?

 - “Simurq” yaxşı komandadır. Onlara qarşı oynamaq çətindir. Amma bizi çox maraqlı matç gözləyir. Hər zaman “Simurq”la oyunlarımızı “qardaş komandaların qarşılaşması” kimi dəyərləndiriblər. Əslində isə bizim bu komandayla oyunlarımız az qala müharibəyə bənzəyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar