Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Boz kardinal” azərbaycanlı oliqarxı gözdən salmaq üçün ildə neçə milayard xərcləyir...

Rusiyanın dövlət neft korporasiyası “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçin mətbuatda opponentlərini, o cümlədən “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovu gözdən salmaq, onlara qarşı qara piar aparmaq üçün ildə 4 milyard rubl xərcləyir


Bu barədə Rusiya mətbuatında dərc edilmiş araşdırmada bildirilir.

Belə ki, “Rosneft”in 2017-2018-ci illərdə “informasiya xidməti göstərilməsi” adı altında 20-yə qədər müqavilə bağladığı məlum olub. Belə müqavilələr aparıcı KİV-lərlə, o cümlədən “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “İnterfaks”, “Federal press”, “Polit.ru”, “Trud” və digər çoxtirajlı qəzet və saytlarla bağlanıb. Bu müqavilələrin cəmi ikisində məbləğ göstərilib. Məlum olub ki, “Rosneft” şirkəti “Komsomolskaya Pravda” qəzetinə ildə 3.4 milyon rubla yaxın pul verir. Lakin “Rosneft”dən sifariş alan digər KİV-lərin hesabatlarına əsasən onların şirkətdən aldıqları vəsaitin ildə milyardlarla rubl olduğu müəyyən edilib.



Habelə müəyyən olunub ki, “Rosneft”dən pul alan KİV-lərdə vaxtaşırı olaraq “Qazprom”un, “Transneft”in və “Lukoil”un əleyhinə məqalələr dərc edilir. “Qazprom” özü də dövlət şirkətidir, amma Seçinin xoşuna gəlmir. Çünki “Rosneft”in qazını özünün ixrac qaz kəmərlərinə buraxmır. “Transneft”i isə çoxdandır Seçin ələ keçirmək, beləliklə də tranzit neft kəmərlərini də öz nəzarəti altına almaq istəyir.

“Lukoil”dan isə Seçinin ümumiyyətlə zəhləsi gedir. Çünki şirkətin kapitallaşması “Rosneft”dən az qala iki dəfə azdır, amma bütün göstəriciləri dəfələrlə yaxşıdır. Başqa sözlə, Vahid Ələkbərov yaxşı işləyir və bu, Seçinin xoşuna gəlmir. Dəfələrlə xəbərlər yayılıb ki, “Rosneft” inzibati rıçaqlardan istifadə edərək “Lukoil”u almağa çalışır. Vahid Ələkbərov isə bütün təzyiqlərə baxmayaraq şirkətini satmaqdan imtina edir.



KİV-lərlə rəsmi müqavilələrdən əlavə “Rosneft” vaxtaşırı olaraq rəqiblərinin əleyhinə mətbuata kompromatlar ötürür, o cümlədən sosial şəbəkələrdə təbliğat aparır. Buna da əlbətdə ki, sanballı pullar xərclənir.

Məsələn, təkcə kompromat.ru saytında rəqiblərinin əleyhinə kompromatlar yazdırmaq “Rosneft”ə ildə 15 milyon rubla başa gəlir. “Medialine” monitorinq şirkətinin analitiklərinin hesablamalarına görə şirkətin “qara piar”a xərclədiyi pulların ümumi məbləği ildə 3.5-4 milyard rubla yaxındır.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar