Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Brexit” Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək“

Avropa Mərkəzi Bankı:"“Brexit” Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək"


Avropa Mərkəzi Bankının (AMB) hesablamalarına görə, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək.

“Brexit”dən sonra Avropa İttifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində AMB-nin rəhbəri Mario Draqi yaxın üç ildə Avrozonada iqtisadi artımın proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacağı barədə xəbərdarlıq edib.

M.Draqi bu proqnozu Böyük Britaniya iqtisadiyyatında ehtimal olunan zəifləmə ilə də əlaqələndirib. Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrə malik olan Britaniyada gedən proseslər Avrozonanın ümumi iqtisadi konyunkturuna mənfi təsir göstərəcək.

AMB rəhbəri sammitdə Aİ ölkələrini təcili şəkildə islahatlar aparmağa çağırıb. Onun fikrincə, bir çox ölkələrdə Aİ-nin idarəolunmaz hala gəlməsi barədə təsəvvür formalaşa bilər və birinci növbədə iqtisadi təsirlərin birbaşa təsir göstərdiyi bank sektoru diqqət mərkəzində olmalıdır. Üzv ölkələrin dövlət büdcəsində iqtisadi artıma yönəlmiş vəsaitlərin artırılmalı olduğunu bildirən M.Draqi AMB-nin qiymət sabitliyinə nail olmağa və bu məqsədlə bir sıra ölkələrin mərkəzi bankları ilə koordinasiyalı fəaliyyət göstərməyə hazır olduğunu da qeyd edib(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar