Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, Odessada təşkil olunmuş təxribatdır” - Nazir

Nazir “Rövşən Lənkəranski”nin klanından olan “vor”un Ermənistana keçmək cəhdi haqda


Gürcüstan daxili işlər naziri Girogi Mqrebrişvili Ukrayna hakimiyyətinin “heç bir xəbərdarlıq etmədən, səssis-küysüz şəkildə” 44 yaşlı gürcü “vor zakon” David Gerlianini deportasiya etməsindən narazılığını ifadə edib

Virtualaz.org xəbər verir ki, nazir bu bəyanatla Gerlianinin Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçmək cəhdindən sonra çıxış edib.

“Ukrayna tərəfi Gerlianinin ölkədən çıxarılması və ya deportasiyası barədə bizi xəbərdar etməliydi. Bu, Odessada təşkil olunmuş təxribatdır”, - nazir “vor zakon”un xəlvəti deportasiyasının arxasında Odessa qubernatoru Mixail Saakaşvilinin dayandığına eyhamla bildirib.



“Rövşən Lənkəranski”

David Gerliani ötən həftə Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməyə çalışarkən saxlanılıb. Saxlanılarkən onun üzərində Ukrayna vətəndaşı David Çaçibayanın adına olan pasport aşkar edilib. “Ukrayna tərəfi bizi xəbərdar etməyib və nəticədə Gerlianı iyunun 20-də Tbilisi beynəlxalq aerportunun sərhəd nəzarətini maneəsiz keçərək ölkəyə daxil olub”-daxili işlər naziri bildirib.

Gerliani özü ifadəsində bildirib ki, onun Ukraynadan deportasiyasını Odessa qubernatoru Mixail Saakaşvili şəxsən təşkil edib. O, iyunun 20-də Odessa restoranlarından birində saxlanılb və dərhal Gürcüstana deportasiya edilib.



“Dato Svan”

Gerliani 20 il həbsxana həyatı yaşayıb, 90-cu illərin əvvəllərində Maqrelsk klanından olan “vor zakon” Valiko Ceceyanın qızı ilə evlənəndən sonra “vor zakon” titulu alıb. Lakin cinayətkar aləmdə onun həmin statusunu bir çoxları qəbul etmir. Maqrelsk klanı və “Dato Svan” özü məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlıdır. Bununla belə “Dato Svan”ın Rövşənin qatı düşməni olan Aslan Usoyanın (2013-cü ildə Moskvada öldürülüb) klanı ilə əlaqələrinin olduğu haqda məlumatlar da var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar