Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, milyonlarla yox, milyardlarla problem yaradacaq”


“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”


Modern.az xəbər verir ki, bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur.

“Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.

V.Əhmədov qeyd edib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır. “Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq, 70, 80 faiz də olur.

Ona görə də vergi sistemi ilə əlaqədar sizin o yazdığınız keçə bilməz. 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunub ki, növbəlilik. Vergi orqanlarına elə olur ki, gündə 2-3 min sənəd verilir. Banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər.
Amma sən növbəliliyə qoyandan sonra onu bankda tuta biləcəksən? Çoxlu vergi borcları yaranacaq burda. Mən təklif edirəm ki, bu maddələr buradan çıxarılsın. Əgər bu maddələr çıxarılmasa, sabah siz bizim üçün dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlər yaradacaqsınız”.

Vahid Əhmədov komitə sədri Ziyad Səmədzadəyə müraciətlə deyib: “Ziyad müəllim, əgər biz sizin bu iki maddə ilə qanunu qəbul etsək, sabah bizim dövlət büdcəsində çox böyük bir problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm. Gedin Vergilər Nazirliyi ilə bunu həll edin. Bu milyonlarla yox, milyardlarla problem yaradacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar