Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu cür kitabların nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik“

Mübariz Qurbanlı: "Bu cür kitabların nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik"


Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar rəy alındıqdan sonra yayıla bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var və bu qanuna əsasən, Azərbaycanda nəşr olunan, Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər:

"Bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablar var ki, bu kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlər öz əksini tapıb. Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər".

Komitə sədri əlavə edib ki, dünyanın əksər ölkələrində bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu da həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: "Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var və onlara qarşı mübarizədə bu sahə də özünü göstərir. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar