Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün pul qazanmaq deyil, müştərilərin etimadını qazanmaq zamanıdır“


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov yazır...


Bu gün bank müştəri münasibətlərində qəribə bir mənzərə yaranıb. 

Banklar sanki özlərinin fəaliyyətinin  kökündə nəyin və kimin dayandığını unudublar. Başa düşmək istəmirlər ki, onların fəaliyyəti bilavasitə müştərinin mövcudluğundan asılıdır. Bu səbəbdən müştərinin inamını öldürmək, özü oturduğu ağacın budağını kəsmək qədər təhlükəlidir. Bankların illərdir apardığı yanlış siyasətin nəticəsidir ki, bu gün həm onlar özləri və həm də onların müştəriləri xarici valyutada verilmiş milyardlarla manat kreditlərin girovuna çevriliblər. Manatın iki kəskin devalvasiyasından sonra bu kreditləri ödəməkdə aciz qalmış müştəriyə, “krediti də, onun faizini də, ödəməlisən, gecikməyə yol verərsənsə hələ sənə cərimə də hesablanacaq” kimi bir yanaşım heç bir ölçüyə sığışmır. Banklar yaranmış vəziyyətdən maksimum az itki ilə çıxmaq xatirinə müştərilərə qarşı amansiz mübarizə yolu seçiblər. 

Bu itki əslində onları ziyana aparan itki deyil. Onlar sadəcə olaraq nə yolla olur olsun kreditləri verdikləri zaman nəzərdə tutduqları mənfəəti əldə etməyə çalışırlar. Bir sözlə, yaranmış durumda müştərilərə real ola biləcək güzəştlər barəsində düşünmək belə istəmirlər. Əvəzində xarici valyutada aldıqları kreditləri ödəmək üçün manat yükü iki dəfə artmış müştəridən maksimum yararlanmaq yolunu seçiblər. Bu isə yaralanıb xeyli qan itirmiş bir insana yardım etmək əvəzinə, onun  damarlarından faiz və cərimə adı altında əlavə qan almağa bənzəyir. Bankın öz müştərisini bu qaydada ayaqlaması ola bilsin ki, ona bu gün müəyyən mənfəət gətirəcək, ancaq sabahı düşünmək gərəkdir. Müştərinin inamını sındırmaq asandır, lakin onu bərpa etmək çətin və uzun bir prossesdir.  Bankların müştərilərlə sərgilədiyi bu münasibət artıq cəmiyyətdə hər kəsə bəllidir. Bu vəziyyəti hansı qurumlar nizamlamağa borcludurlar?

 Yaranmış vəziyyətin tənzimlənməsi üçün öncə Mərkəzi Bank, sonradan isə Maliyyə Bazarlarına Nəzarət Palatası tam səriştəsizlik nümayiş etdirdi. Bu iki qurumun rəhbərliyi dayanıb gözləyirlər ki, onların yerinə bu məsələni ölkə Prezidenti həll edəcəkdir. Cənablar Prezidentin qayğıları kifayət qədərdir. O, bu gün bizim üçün Qarabağ kimi yaralı bir məsələmizin həlli ilə məşğuldur. Xarici valyutada olan kreditlərin məzənnə fərqi problemini isə yanlış pul-kredit siyasəti aparıb vətəndaşlara bu kreditlərin zorla xarici valyutada verilməsinə şərait yaratmış, etdikləri yanlışlıqlara rəğmən cəmiyyətdə nüfuzunu tam itirmiş Mərkəzi Bankın rəhbərliyi və bu günlərdə yetərincə səlahiyyətlər alıb, lakin onları istifadə etməkdə acizlik nümayiş etdirən Nəzarət Palatasının rəhbərliyi həll etməlidir. 

Bu problemin həllinə bu gün üz çevirməyən və bunun qarşılığında “özəl bir qurumun işinə heç kim müdaxilə edə bilməz” kimi primitiv bir düşüncə tərzi sərgiləyən banklara münasibətdə isə bir başqa yanaşım edilməlidir. Düşünürəm ki, “ipə-sapa” yatmayan bu bankları  zamanilə müştərilərə seçim qoymayaraq kreditləri zorla xarici valyutada götürməyə məcbur etdikləri üçün məhkəməyə vermək lazımdır. 

Məhkəmələr isə Konstitusiyanın tələblərini pozaraq müştərinin manatla kredit almaq istəyinin əvəzində ona krediti yalnız xarici valyutada verən bankların rəhbərlikləri və onların aidiyyatı işçiləri barəsində lazımı ölçü götürməlidirlər. Bax onda banklar başa düşəcəklər ki, onlar dövlət içində dövlət ola bilməzlər! Bu dövlətin vətəndaşlarına qarşı belə haqsızlıq etmək olmaz! Bu dövlət onların dəstəkçisidir və o bunun belə olduğunu dəfələrlə sübut edib. Nəhayət, banklar başa düşəcək ki, onlara çətin məqamlarda yardımçı olan dövlət, öz vətəndaşlarına bundan artıq yardımçıdır. O indi sadəcə olaraq, hələ ki, bankların davranışını müşahidə edir... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar