Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu il 29-cu dəfə Həccə gedəcəm” – Hacı Qalib


Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər


Belə ki, ikinci dəfə Həccə getdən azərbaycanlı 500 ABŞ dolları, üçüncü və daha çox gedənlər isə 550 dollar əlavə ödəniş ödəyəcək.

Azərbaycanda isə nəinki 3-5, hətta, 20 dəfədən artıq Həcc ziyarətinə gedən şəxslər var. Keçmiş deputat, 28 dəfə Həcc ziyarətində olmuş Hacı Qalib Salahzadə Modern.az-a açıqlamasında belə bir qaydanın onun Həcc ziyarətinə mane olmayacağını deyib.

“Bəyəm Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Bu il də Allah qismət etsə, Həcc ziyarətinə gedəcəm. Heç vaxt 500, ya da 550 dollara görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

Hacı Qalib Salahzadə, bəzi adamların hacılar barədə səsləndirdikləri fikirlərə də reaksiya verib.

“Bəzi adamlar var ki, hacı adı gələndə başqa cür danışmağa başlayırlar. Bu yaxınlarda çox tanınmış adam hacıların əleyhinə danışmağa başladı. Mən də dözməyib dedim ki, niyə hacılar haqqında bu qədər sərt və kobud danışırsız? Hacıların nə pis işini görmüsüz?!. Belə insanlara cavab vermədikcə, çoxalırlar”.(azpolitika.info)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar