Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu qüdrətli bir silah olsa da, bununla Bakını yox edə bilmərik”


“İsgəndər” tipli operativ taktiki raket komplekslərinin Ermənistana satılması qonşuda az qala qələbə bayramı kimi qeyd edilir


Bir müddət bundan öncəyədək RusiyaErmənistanın başına gələn bütün bəlaların baiskarı sayan erməni mediasının böyük qisminin də səsi kəsilib.

Lakin Ermənistan siyasi analitikləri içərisində məsələyə daha ehtiyatlı mövqedən yanaşanlar da var. Bu politoloqlar “İsgəndər”lərin alınmasına hamı kimi eyni coşqu ilə yanaşmırlar.

Bunlardan biri də politologiya doktoru Ayk Martirosyandır. 

 “21 sentyabrda keçirilən hərbi paradın əsas “bəzəyi” “İsgəndər”lər oldu. Bütün şou bu “İsgəndər”lərin nümayişi üçün hazırlanmışdı”- deyə Ayk Martirosyan bir erməni saytına verdiyi müsahibədə bildirib.

“Əgər düşünsək ki, bu həm xarici qüvvələr, həm də düşmən (Azərbaycan –red.) ölkə üçün gözlənilməz olub, olduqca yanılarıq. Hər halda Azərbaycan rəhbərliyi “İsgəndər”lərin Ermənistana verilməsindən xəbərsiz olmayıb. Digər tərəfdən “İsgəndər”lərin rolunu həm Ermənistanda, həm də Azərbaycanın özündə çox şişirdirlər.

Ermənistan nüvə silahı əldə etməyib. “İsgəndər”lərlə Ermənistan bir gündə İsveçrə və ya Avstriya da olmayıb. Ermənistan elə əvvəl olduğu kimi qalıb. İndi sadəcə onu əlində güclü raket sistemi var” deyə politoloq qeyd edərək davam edir:

“Lakin birincisi, Ermənistanda bu sistemdən olan neçə raketin yerləşdirildiyi məsələsi olduqca qaranlıqdır. İkincisi isə “İsgəndər”lərin uzaq məsafəldə əhəmiyyəti müəmmalıdır”.
“İsgəndər” bütöv bir şəhəri və yaxın rayonları məhv edəcək atom bombası deyil. Əlbəttə, bu qüdrətli bir silah olsa da bununla Bakını yox edə bilmərik. Bir şeyi də başa düşməliyik ki, bu silah müharibədə hər şeyi itiricəyimiz vaxt və Azərbaycanın da eyni silaha malik olmadığı zaman istifadə edə biləcəyimiz axırıncı resursdur”....

Politoloqun fikrincə, azərbaycanlılar İrəvana hücum etmədikcə Ermənistan Bakıya zərbə endirən deyil: “Bir şeyi də nəzərə alın ki, Ermənistan Dağlıq Qarabağ ərazisindən Bakını vura bilər. İrəvan isə İcevan (Karvansaray-red.) tərəfdən Azərbaycanın zərbəsi altında qala bilər və Bakının “İsgəndər” qədər güclü olmasa da, eyni dağıntıları yarada biləcək digər sistemlərlə vurmaq imkanı var.

Müxbirin “İsgəndər”lərin çəkindirici amil olub-olmaması və Azərbaycanda müəyyyən əhval-ruhiyyə yaradıb-yaratmadığı ilə bağlı sualına Martirosyan”əlbəttə, yox” cavabı verib:
“Ona qalsa Suriyada da “İsgəndər”lər, Rusiyanın istehsal etdiyi digər ballistik raketlər var. Biz də Rusiyanın raketləri dənizdən buraxaraq təşkil etdiyi gözəl şounun şahidi olduq. Lakin bu heç kimi Suriyada nə çəkindirdi, nə də durdurdu. Müharibə olduğu kimi davam edir”....
“Mən Ermənistanın bu cür  raket sisteminə sahib olmasını dəyərsizləşdirmək istəmirəm. Lakin biz bu raketlərə çəkindirici mexanizm kimi baxaraq öz-özümüzü aldatmaqdan qurtulmalıyıq. Əgər bizim atom silahımız olsaydı, o zaman da müharibənin baş verib verməyəcəyi sualları yenidən yaranacaqdı. Çünki biz bu silahdan da istifadə edə bilməyəcəkdik”,- deyə politoloq qeyd edib.

Azərbaycan da “İsgəndər”lərin zərbəsinə hazırdır. Onlar artıq bundan hansı itkilərlə çıxacaqlarını belə hesablayıblar. Çünki bunların qarşısında Ermənistanın və ümumiyyətlə erməni elementinin regiondan silinməsi durub və heç bir “İsgəndər” bu yolda əngəl ola bilməz. Bizim tarixi vəzifəmiz həyatda qalmağı bacarmaqdır”, - deyə Ayk Martirosyan müsahibədə öz mövqeyini ifadə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar