Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu yüz illik tarixi təməli olan konfliktdir” - Sülhəddin Əkbər

Sülhəddin Əkbər: “ Nə vaxta qədər ki, Rusiya Cənubi Qafqazda siyasi üstünlüyünü qoruyub saxlayacaq bu konfliktin həlli yoxdur. Çıxışlar, təkliflər olacaq, amma heç bir həll olmayacaq”


“Dağlıq Qarabağa muxtariyyət statusu veriləcəksə, bu  yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ola bilər”.

Bu sözləri PİA.AZ-a siyasi şərhçi Sülhəddin Əkbər Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın mətbuat konfransında səsləndirdiyi bəyanata münasibətini bildirərkən qeyd edib. 

Xatırladaq ki, dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in hazırkı sədri, Almaniya xarici işlər naziri Valter Ştaynmayerlə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilməsi mümkün deyil. Bu halda danışıqların aparılması üçün hansı təməl prinsiplər var? Yəni Ermənilərə görə sülh əldə eləməyin yolu 7 rayonu qaytarmaqla Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımasından ibarətdir. Azərbaycan üçünsə bu heç cür qəbul oluna bilməz. O halda kompromislər hansı təməllərin üzərində əldə oluna bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının rəhbəri, siyasi şərhçi Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Azərbaycan cəmiyyəti birdəfəlik və birmənalı şəkildə bilməlidir ki,  erməniləri Azərbaycan ərazisinə gətirib yerləşdirən, himayə edən, Ermənistan Respublikasını yaradan da Rusiyadır”


Politoloqun fikrincə, danı.ıqlarda Azərbaycanın əsas prinsipial məsələsi ərazi bütövlüyüdür. Məsələnin həlli də yalnız bu çərçivədə mümkündür:

Azərbaycan tərəfinin açıqladığı kimi əsas prinsipial mövqelərindən biri budur ki,  Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz. Və Dağlıq Qarabağa muxtariyyət statusu veriləcəksə bu  yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ola bilər. İndiyə qədər aparılan danışıqlar prosesində də əsas təməl prinsipi Azərbaycanın ərazi bütövlüyüdür. Ermənistan tərəfi bu məsələnin həllini yalnız iki yolda görür: ya 2-ci müstəqil Erməni dövləti qurulmalıdır, ya da əvvəlki Dağlıq Qarabağ inzibati ərazisi Ermənistana birləşdirilməlidir. Onların baxışı bundan ibarətdir. 

Mən dəfələrlə demişəm ki, bu konfliktin arxasında Ermənistan dayanmır. Bunun arxasında haminin bildiyi kimi Rusiya dayanır. Bu yüz illik tarixi təməli  olan konfliktdir. Bu konfliktin kökü 1724-ci ilə qədər gedib çıxır. Azərbaycan cəmiyyəti bilməlidir ki,  erməniləri Azərbaycan ərazisinə gətirib yerləşdirən, himayə edən, erməni respublikasını yaradan da Rusiyadır. Nə vaxta kimi Rusiya Cənubi Qafqazda siyasi üstünlüyünü qoruyub saxlayacaq  bu konfliktin həlli yoxdur. Çıxışlar, təkliflər olacaq, amma heç bir həll olmayacaq”. 

Sübü Əzizli
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar