Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bundan faciə düzəltmək axmaqlıqdan başqa bir şey deyil“


Millət vəkili Fazil Mustafa “Hər şey daxil” verilişində müğənni-aparıcı Sevil və Sevinc bacılarının birinin Azərbaycan manatını cırmasına münasibət bildirib


Millət vəkili hadisəni sosial şəbəkədə belə şərh edib:

Xəzər TV-nin efirində əkiz bacı olan aparıcılardan biri 1 AZN manat əskinazını şou yaratmaq məqsədilə cırmış. Verilişə baxmamışam, indiyədək də həmin qızların hansı keyfiyyətdə proqramı idarə etdiklərini qiymətləndirə bilmərəm. Sadəcə bütün günü sosial şəbəkədə gözümü deşən dəyərləndirmələr məni düşünməyə vadar etdi. Baş verən cinayətdirmi? Xeyr. İnzibati məsuliyyət yaradırmı? Xeyr. Mən bu hadisəni israfçılıq kimi qiymətləndirərdim. Yəni bu xanımlardan biri əmtəənin nominal dəyərini ifadə edən əskinazı cırmaqla israfçılığa yol verib. O baxımdan ki, bu pul hansısa yoxsulun metro və ya avtobus pulu ola bilərdi və bunun cırılması da israfçılıqdır. Təsəvvür etsək ki, böyür-başımızda yerdə, göydə, dənizdə milyonlar havaya sovrulur, bir çox hallarda özümüz da bütün həyatımızı pul və vaxt irafçılığı üzərində qurmuşuq, o zaman bu qədər mərhəmətsiz, sərt reaksiyaya zərurət vardımı?

Bu həmin xanımın səhvidir, televiziya rəhbərliyi də üzr dilədi, bununla da məsələ yekunlaşdı. Ancaq bu aqressivliyin kökündə yatan amili cəmiyyətimizdə qaragüruhçuluq tendensiyasının yüksək səviyyədə olması ilə əlaqələndirmək mümkündür. Eyni aqressivliyi ATV-də tanıdığınız aparıcı “şparqat” açanda da göstərmişdilər. O ki, dövlətə aid olan atributu deyil, özünə aid olan paltarı çırmışdı. Demək ki, məsələ dövlət təəssübü ilə bağlı deyil, məsələ birbaşa aqressivliklə bağlıdır.

Təsəvvür edin ki, həmin qızlar efirdə bəyan edirlər ki, biz ABŞ-ın ölkəmizə son dövrlərdə artan təzyiqlərinə etiraz olaraq 1 ABŞ dollarını cırırıq. Yaxud da Azərbaycanda heç də az olmayan sayda yekəxana insanlar toylarda ABŞ-a etiraz olaraq 100 ABŞ dollarını "paçka-paçka" bəy-gəlinin ayağıan atırlar. Bəlkə bunu da milliyətçilik kimi qiymətlədirəsiniz? Bütün hallarda pulun cırılması, ayaqlar altına səpilməsi israfçılıqdır. Çünki sənin cırdığın, dağıtdığın pul, kiminsə həyati ehtiyacı ola bilər. Ancaq bu hadisədən bir faciə düzəltmək də axmaqlıqdan başqa bir şey deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar