Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunları bizim çörəyimizi yemiş adamlar ediblər”


“Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır” – oktyabrın 16-da Düşənbədə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdimat mərasimində danışan prezident İlham Əliyev belə deyib


Dövlət başçısı çıxışında Azərbaycanın xarici siyasətindən də danışıb:

 “Biz çox fəal xarici siyasət yürüdürük. Biz yalnız öz milli maraqlarımıza əsaslanaraq müstəqil xarici siyasət yürüdürük və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiə edirik. Bu gün bunun üçün kifayət qədər imkanımız var. Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. Bu isə əgər həmin təşkilatların qəbul etdikləri qərarlar yerinə yetirilmirsə, yaxud bir halda yerinə yetirilib, başqa halda yerinə yetirilmirsə baş verə bilər. Biz bununla üzləşmişik və özümüzə münasibətdə ədalətsizliyi müşahidə edirik. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Bu, ədalətsizlikdir. Bu, ikili standartların təzahürüdür.

Təəssüf ki, belə hallarla getdikcə daha tez-tez üzləşirik. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Lakin belə olmamalıdır. Ona görə ki, müasir dünya quruluşunun, dünya nizamının əsasını təşkil edən fundamental prinsiplər mövcuddur. Bu, ölkələrin ərazi bütövlüyünə hörmət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsidir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür.

Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey – bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər.

Münaqişənin tənzimlənməsi təkcə xarici siyasətimizin deyil, bütövlükdə siyasətimizin başlıca məsələsidir. Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və bu gün Tacikistan prezidenti ilə imzaladığımız birgə bəyannamədə əks olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir, qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda beynəlxalq hüquqa əsaslanan mövqedir”.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar